• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kişiləri ovsunlamaq üçün eşqin rəngindən istifadə edin!

Kişiləri ovsunlamaq üçün eşqin rəngindən istifadə edin!

Eşqin, gücün və ehtirasın rəngi hesab olunan qırmızının insan psixologiyasına necə təsir etdiyini bilirsiniz? Əgər cavabınız yoxdursa, tabloid.az-ın maraqlı icmalına nəzər salın.

Diqqət çəkir

Rənglərin insanlara təsiri təxmin etdiyinizdən daha çoxdur. Hər rəng insana fərqli hissləri və davranışları diqtə edir. Qırmızı uzaq məsafədən belə diqqətçəkən bir rəngdir. İnsanların çox olduğu yerlərdə belə nəzərlər daima qırmızı rəngin olduğu yerdə cəmləşir. Buna görə nüfuzlu mükafat mərasimlərində ulduzlar qırmızı paltar və dodaq boyasından istifadə etməyə üstünlük verirlər. İnsanlar bu rəngin daha tez fərqinə vardıqları üçün işıqforda və xəbərdarlıq lövhələrində qırmızıdan istifadə olunur.

Yuxusuzluğa səbəb olur

Gecə klubları da qırmızının hiyləsindən istifadə edirlər. Klubların çoxunun dizaynında qırmızı rəngə üstünlük verilir. Çünki qırmızı fonlu yerlərdə çox dayandıqda bir müddət sonra zaman anlayışını itirirsiniz. Həm də qırmızı yuxusuzluğa səbəb olur.

İştahanı açır

Qırmızı rəng insanın iştahasını açır. Bu təsirinə görə, dünyanın bir çox məşhur yemək firmaları loqolarında qırmızı rəngə üstünlük verirlər. “Mcdonalds”, “KFC” kimi məşhur fast-food firmaları da öz binalarını qırmızı rəngdə bəzəyiblər.

Sağlamlığa yaxşı təsir edir

Qırmızı rəngdən doğru istifadə edildikdə, o sağlamlığa müsbət təsir edə bilər. Xüsusilə qan dövranının sürətlənməsi üçün qırmızı rəng paltarlar geyinm ən yaxşı seçimdir. Paltar seçimlərində qırmızı rəngə cəsarət etməyənlər, aksessuarlarla da eyni effekti əldə edə bilərlər.

Enerjinin rəngidir

Gəncliyi, hərəkəti və dinamikliyi də qırmızı rəng təmsil edir. Buna görə də gənclərə xitab edən markalar loqolarında qırmızı rəngdən istifadə edirlər. Eyni şəkildə idman avtomobillərində də sürəti və dinamikliyi ön plana çıxaran qırmızı rəngdən istifadəyə önəm verilir.

Eşqin simvolu

Qırmızı rəng ən çox eşqə yaraşır. Çünki ehtiras, sevgi deyən kimi hamının ağlına ilk növbədə qırmızı rəng gəlir. Sevgilinizlə romantik görüş zamanı qırmızı geyinməkdən. qırmızı dodaq boyası çəkməkdən çəkinməyin. Xüsusilə qadınlar bu rənglə qarşı cinsin nümayəndələrini özlərinə heyran edə bilərlər. Qırmızı paltarların içindəykən heç bir kişi sizə “yox!” deyə bilməz. Kişiləri qırmızıyla ovsunlayın!

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR