Turşu insan üçün faydalıdır yoxsa, zərərli?
Bizi izləyin

Tabloid.az

Turşu insan üçün faydalıdır yoxsa, zərərli?

Xüsusilə də qış aylarında süfrələrimizdən turşunu əksik etmirik.

Xüsusilə də qış aylarında süfrələrimizdən turşunu əksik etmirik. Xiyar, pomidor, kələm, soğan kimi bir çox tərəvəzlərdən hazırlanan turşular yeməklərin yanında olduqca çox istifadə edilir. Bəs görəsən turşu sağlamlıq üçün ziyanlıdır, yoxsa faydalı? Bu suala tabloid.az yazısında cavab tapacaqsınız.

Alimlər bildirirlər ki, bu dadlı qidanın orqanizmə bir çox faydası var. Bəzi turşuların tərkibinə sirkə də vurulur. Turşunun tərkibində yağ olmadığı üçün kalorisi çox az olur. Bu da onu arıqlamaq istərənlər üçün uyğun qida halına gətirir. Ancaq turşu təkcə arıqlatmır. Onun başqa faydaları da var.

1. Yüksək lif ehtiva edir

Turşu sağlam qida hesab olunur. Mədə və bağırsaq problemləri olanlar, xüsusilə də xörəyin həzm olmadığından şikayət edənlər xiyar və kələm kimi tərəvəzlərdən hazırlanan turşunu rahatlıqla yeyə bilərlər. Bu qidalarda olan bol miqdarda lif həzm sisteminin daha yaxşı işləməsini təmin edir. Turşu antioksidant baxımından zəngin olan qidalardan hazırlandığı üçün xərçəngə qarşı orqanizmi qoruyur.

2. Vitamin və mineral mənbəyidir

Turşu və turşunun suyu maqnezium, dəmir, kalium, kalsium, sink kimi insan bədəninin həyati fəaliyyətlərini dəstəkləyən, lazımlı minerallar və elementlərlə zəngindir. Gündə bir ovuc turşu yemək sağlamlıq üçün önəmlidir. Bu, immun sistemini qüvvətləndirir.

3. Alzaymer riskini azaldır

Yaddaş pozğunluğu xəstəliyi olan alzaymerə qarşı ən təsirli qidalardan biri də turşudur. Həkimlər alzeymerə yaxalanmaq riski olan xəstələrə gündəlik olaraq turşu yeməyi tövsiyə edirlər. Turşunun bir çox növündə sarımsaq olur. Sarımsağın tərkibindəki “flavonoid” adlı kimyəvi maddə insanların yaşlılıq dövründə alzaymer xəstəliyinə tutulma riskini əhəmiyyətli dərəcədə azaldır.

4. Təzyiqi aşağı salır

Turşunun tərkibindəki sirkə həzm sistemindəki zərərli mikrobları və bakteriyaları məhv edir. Turşu təzyiqi aşağı salır və qan dövranını sürətləndirir. Tərkibinə şəkər tozu əlavə edilməməsi şərti ilə şəkər xəstələri üçün də faydalı qida hesab olunur.

5. İmmuniteti gücləndirir

Turşunun tərkibindəki tərəvəzlər və sirkə immun sistemini qüvvətləndirir, sidik yolları xəstəliklərini müalicə edir. Həmçinin mədə xorası, qastrit və mədə xərçəngi kimi xəstəliklərin əsas səbəbi olan “helikobakter” adlı bakteriyaların məhv edilməsi üçün də turşu yemək laızmdır.

6. Ürək və damar xəstələri üçün faydalıdır

Turşunun tərkibinə əlavə edilən üzüm və ya alma sirkəsi ürəyə yaxşı təsir edən maddələr ehtiva edir.

Sonda qeyd edək ki, yuxarıda yazılanlar duz və sirkə miqdarı normal olan turşular üçün keçərldiir. Həddən artıq duzlu və sirkəli turşular başda mədə olmaqla orqanizmə zərər vura bilər. Turşunun həddən artıq yeyilməsi də məsləhət deyil.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm