Damalı geyimləri necə kombinə etməli?
Bizi izləyin

Tabloid.az

Damalı geyimləri necə kombinə etməli?

Qış stilinizi damalı geyimlərlə tamamlayın!

Böyük, kiçik, qara-ağ və ya rəngli damalı paltarlar bu mövsüm çox aktual olacaq. Siz qarderobunuza bu paltarları rahatlıqla daxil edə bilərsiniz. Çünki klassik hesab edilən damalı geyimlər heç vaxt dəbdən düşmürlər. Modanın paytaxtları hesab edilən şəhərlərdə yaşayan qızların stillərindən ilham alaraq siz də qış obrazınızı fərdiləşdirə bilərsiniz.

Damalı palto

Boz və ya qara rəngli damalı paltonuz sizi bu mövsümün ən dəbli xanımına çevirə bilər. Təbii ki, bu paltonu necə kombinə etməyinizdən asılıdır. Biz klassik şalvar modellərindən birinə müraciət etməyinizi tövsiyə edirik. Ancaq bu paltoları ətək və ya cins şalvarla kombinə etmək də əla nəticə verir.

Başdan-ayağa dama

Ən cəsarətli modapərəstlər və damalı geyimlərdən vaz keçə bilməyənlər üçün ən ideal kombin isə başdan-ayağa dama trendidir. Damalı geyimin azarkeşləri məm paltolarını, həm də şalvar və ya ətəklərini eyni rəngli damalı modellərdən seçirlər. Bu zaman aksessuardan minimum istifadə etmək lazımdır. Hətta heç aksessuar olmasa daha yaxşı olar.

Damalı şalvar

Bu şalvar modelinə daha çox gənclər müraciət edirlər. İlin dəb tendensiyalarına uyğun olaraq heyvan naxışlı və ya şüarlı sviterləri kombinə edə bilərsiniz.

Damalı ətək

Demək olar ki, hər qızın qarderobunda nə vaxtsa bu ətək modelindən olub. Damalı ətəkləri müxtəlif cür kombinə etmək mümkündür. Toxunma sviter, dəbli klatç və qara rəngli dəri gödəkcə ilə olduqca fərqli və zövqlü görünə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm