Livanlı dizaynerin qadınların ağlını başından alacaq yeni kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

Livanlı dizaynerin qadınların ağlını başından alacaq yeni kolleksiyası - Fotolar

Elie Saabın adı çəkiləndə modapərəst xanımların ürək döyüntüləri artır desəm yanılmaram.

Dizayner Elie Saabın adı çəkiləndə modapərəst xanımların ürək döyüntüləri artır desəm yanılmaram. Onun hazırladığı libaslar elə seksual və ehtişamlıdırlar ki, hər bir xanım onun hazırladığı libaslardan geyinmək istəyir. Təsadüfi deyil ki, qırmızı xalıya çıxan məşhurlar, kral ailəsinin xanımları onun libaslarını geyinirlər.

Dünən modelyerin yeni kolleksiyasının təqdimatı olub. Elie Saab bu kolleksiyada qara rəngi əsas götürüb. Bu rəng qammasını gül naxışları və ənənəvi parlaq təsvirlərin ən yaxşı şəkildə imprevizasiyası müşayiət edib. Həmişəki kimi, kolleksiya bir neçə rəng blokundan ibarətdir. Kolleksiyanı qaraya çalan bozdan başqa iddialı bənövşəyi, şəhvətli qırmızı və zərif çəhrayı tonları təşkil edir. Dizayner krujevadan tikilən sadə donlarına geyimin ahəngini pozmayan xəzlər əlavə edib. Bəzi geyimləri isə dəri detalları ilə vurğulayıb.

Geyimə uyğun ayaqqabılar isə həssas ürəkləri valah edib, özünə ovsunlamaq gücünə malikdir.

Bu geyimlərin hər biri qırmızı xalı və özəl günlər üçün nəzərdə tutulub. Görəsən mükafatlandırma mərasimlərdə onları hansı məşhurların əynində görə biləcəyik?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm