Dərini təbii üsullarla nəmləndirin
Bizi izləyin

Tabloid.az

Dərini təbii üsullarla nəmləndirin

Dərini təbii üsullarla nəmləndirin

Soyuq hava dərinin qurumasına səbəb olur. Qabıq verən dərinin əlindən təngə gəlmisinizsə, maskanı hazırlamağa başalyın. Soyuq havalarda dərinizə təbii vasitələrin köməyi ilə nəm qazandıra bilərsiniz.

1 çay qaşığı balı ovuc içinizə yayıb, üzünüzə yayın. 5 dəqiqə üzünüzdə gözlədikdən sonra ilıq su ilə yuyun. Bu üsul üzünüzdəki qabıqları yox edəcək və qan dövranını sürətləndirəcək.

Sonra 1 ədəd yerkökünü sürtgəcdən keçirin və şüşə qaba tökün. Üzərinə qaba yerləşən qədər zeytun yağı əlavə edib yaxşıca qarışdın. Bu qarışığı qazanın içinə töküb zəif odda 30 dəqiqə qaynadın. Sonra süzün. Hər axşam yatmazdan əvvəl üzünüzə bu maskanı masaj edərək çəkin. Maska dərini inanılmaz dərəcədə nəmləndirir və təbii parlaqlıq qazandırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm