Sevdiyiniz adamı təkrar qazanmağın yolları
Bizi izləyin

Tabloid.az

Sevdiyiniz adamı təkrar qazanmağın yolları

Sevdiyiniz adamı təkrar qazanmağı yolları

Kiçik surprizlər, çılğınlıqlar, həyəcanlar geridə qaldı və “ən böyük əyləncəmiz birlikdə televizor izləmək oldu” deyirsinizsə, bunu bərpa etməyin vaxtı çatıb. Tabloid.az sizin üçün münasibətinizi monotonluqdan çıxaracaq 5 tövsiyyəni təqdim edir:

Həftə sonu tətilə çıxın: Şəhərin gurultusunu, ev işlərini, bütün problemlərinizi 2 günlük geridə qoyun. Birlikdə keçirəcəyiniz həftə sonu münasibətinizə yeni hava gətirəcək.

Yeni məşğuliyyətlər tapın: Həm bərabər zaman keçirə biləcəyiniz, həm də birlikdə zövq ala biləcəyiniz məşğuliyyətlər tapın. Məsələn, tenis və ya velosiped sürmək kimi.

Baxımlı olun: Özünüzə zaman ayırın. Dostlarınızla alış-verişə çıxın, gözəllik salonlarına gedin, özünüzə masaj hədiyyə edin və qadın olduğunuzu unutmayın. Siz özünüzü gözəl və dinlənmiş hiss etdiyinizdə bunu qarşınızdakına da yaşadacaqsınız.

Ünsiyyət qurun: Ünsiyyətin əksik olduğu bir münasibətin davam etməsi çox imkansızdır. Həftədə ən az bir dəfə istər evinizdə, istərsə də restoranda ünsiyyət qura biləcəyiniz ortamda yemək yeyin. Evdəsinizsə, televizorun və kompyüterin bağlı olmasına diqqət göstərin.

Sərbəst buraxın: Hər şeyi birlikdə etmək məcburiyyətində deyilsiniz. Siz öz dostlarınızla zaman keçirdiyiniz zaman onun da öz dostlarıyla bir axşam birlikdə olmasına şərait yaradın. Daima birlikdə olmağınız bir-birinizdən sıxılmanıza yola aça bilər. Həm də ayrı keçirdiyiniz zaman darıxma hissini təkrar oyadacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm