Qadın bədəninin daha tez qocaldığı nahiyələri
Bizi izləyin

Tabloid.az

Qadın bədəninin daha tez qocaldığı nahiyələri

Qadın bədənində daha tez qırışan bölgələr

Boyun, əllər, dizlər və s. hissələr insan bədənində qadınların yaşını daha tez göstərən nahiyələrdir. Məhz bu səbəbdən də bu bölgələr xüsusi qulluğa ehtiyac duyur.

Boyun hissəsi üçün dekolteli paltarlar bu baxımdan əhəmiyyətli rola malikdir. Bu hissələrin nəmə daha çox ehtiyac var, quru dərisi olan şəxslərdə bu daha da çətinlik yaradır. Çünki məlumdur ki, quru dəriyə malik olan orqanizm daha tez qocalır. Buna görə də bədəninizdəki bu nahiyələrə 25-30 yaşınızdan etibarən qulluğa başlamalısınız. Yalnız istifadə etdiyiniz kremlər bu yolda sizə kömək etməyəcək. Buna görə də kremlə birlikdə çoxlu su içməyə çalışın.

Dekolte paltarları geyinəndə bu qüsurun bilinməməsi üçün dondurulmuş südlərdən istifadə edərək masaj edin. Bunun üçün əvvəlcədən südü buz üçün nəzərdə tutulmuş çərçivələrə yığın və soyuducunun buzxanasına yerləşdirin. Unutmayın ki, sinə nahiyəsini daima yumşaq şəkildə və astaca massaj etmək lazımdır. Çünki həmin nahiyənin dərisi olduqca zərifdir.

Dirsəklər və dizlər də qadınların ən zərif hissələrindəndir, lakin biz çox vaxt həmin bölmələri unuduruq. Yenidən cəzbediciliyi qaytarmaq üçün A və E vitaminlərindən istifadə etmək lazımdır, eyni zamanda yağlı kremlərdən hər gün yatmazdan əvvəl yararlanın.

Əgər dizlərinizdə və dirsəklərinizdəki dəriniz qurudursa, bu zaman qidalandırıcı maskalar hazırlaya bilərsiniz. Yumurtanın sarısını 2 xörək qaşığı zeytun yağı ilə qarışdırın və 1 xörək qaşığı badam yağı əlavə edib, qarışdırın. Həmin quru nahiyələrə çəkərək, 10 dəqiqə saxladıqdan sonra yuyun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm