"Dior"un möhtəşəm dəb şousu - Fotolar
Bizi izləyin

Tabloid.az

"Dior"un möhtəşəm dəb şousu - Fotolar

"Dior"un möhtəşəm dəb şousu

"Elie Saab" və "Valentino" moda evlərindən fərqli olaraq, "Christian Dior" gündəlik, kokteyl, hətta idman üslubunda kolleksiya ilə həftəyə damğasını vurub. Tabloid.az xəbər verir ki, brendin pre-fall 2015 kolleksiyasının möhtəşəm şousu Tokioda Ryogoku Kokugikan sumo stadionunda baş tutub.

"Dior"un əvəzolunmaz dizayneri Raf Simons gündoğar ölkəyə yalnız 63 nümunəvi paltarlarla getməyib, o həm də yeni ulduz ilham pərilərini özü ilə birlikdə aparıb. Dəb nümayişində zərif fransız aktrisası Odri Тоту və amerikalı Heyli Staynfel də iştirak ediblər.

Kolleksiyanın keçirildiyi idman arenasında ancaq sumo döyüşləri keçirilir. Ona görə də podiumda yapon milli geyimlərinə xas olan elementlər, kimonolar və səndəllər axtarmağa çalışmayın. Raf Simons əsas ilhamı kosmosdan alıb...

Nümayişdə digər diqqətçəkən məqam isə modellərin qəribə makiyajı və hörüklü saç düzümləri olub. Hörüklər bir neçə mövsüm trend olsa da, bu saç düzümü o qədər də aktual deyildi. Bu şoudan sonra arxadan yığılan və dairəvi hala gətirilən hörüklərin dəbə minməsi istisna deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm