Məşhur aparıcı yeni kanalda
Bizi izləyin

Tabloid.az

Məşhur aparıcı yeni kanalda

Uzun müddət Xəzər telekanalında çalışan Anar Nəcəfli öz ərizəsi ilə işlədiyi şirkətdən ayrıldıqdan sonra yeni iş yeri nəhayət ki, bəlli olub.

Uzun müddət Xəzər telekanalında çalışan Anar Nəcəfli öz ərizəsi ilə işlədiyi şirkətdən ayrıldıqdan sonra yeni iş yeri nəhayət ki, bəlli olub. Harada işləyəciyini açıqlamayan aparıcının dünəndən etibarən ATV telekanalında yeni veriliş aparacağı ilə bağlı anonsları yayımlanır. Anonsdan bəlli olub ki, Anar Nəcəfli hər həftənin çərşənbə günü 22:30-da “Səninləyəm, Azərbaycan!” adlı proqramın aparıcısı olacaq. Aparıcının yeni iş yerində ilk verilişi 17 dekabrda efirə gedəcək.

Qeyd edək ki, ATV telekanalının rəhbərliyi digər telekanallarda çalışan ən peşəkar kollektivi bir yerə toplayaraq hazırda ölkənin ən reytinqli kanalına çevrilməyi bacarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm