"Dünya gözəli" məlum oldu - Fotolar, Video
Bizi izləyin

Tabloid.az

"Dünya gözəli" məlum oldu - Fotolar, Video

Cənubi Afrika Respublikasının təmsilçisi Rolin Stross Londonda keçirilən “Miss Dünya 2014” müsabiqəsinin qalibi olub.

Cənubi Afrika Respublikasının təmsilçisi Rolin Stross Londonda keçirilən “Miss Dünya 2014” müsabiqəsinin qalibi olub. 121 ölkə nümayəndəsinin iştirak etdiyi gözəllik müsabiqəsi Britaniyanın paytaxtında baş tutub.

Ekspertlərin proqnozuna görə, 22 yaşlı Tibb Universitetinin IV kurs tələbəsi Rolin Stross cari müsabiqənin real qalibi olub. 2014-cü ilin dünya gözəli gələcəkdə həkim olmaq arzusundadır. O, boş vaxtlarında qolf oynamağı və velosiped sürməyi sevir. Bundan başqa, tütək, fortepiano və gitarada ifa etməyi bacarır. Rolin anketində həyatının ən yaddaqalan hadisə haqqında da yazıb. Belə ki, o, Blukrans körpüsündən banji-tullanış edib. Və onun bu əməli ona həyatını yenidən nəzərdən keçirməyi vadar edib.

İkinci yeri Macarıstan təmsilçisi Edina Kuşlar, üçüncü yeri isə amerikalı Elizabet Safrit tutub.

Qeyd edək ki, “Miss Dünya” gözəllik yarışması ilk dəfə Böyük Britaniyada 1951-ci ildə keçirilib. O, dünyanın ilk gözəllik müsabiqələrindən biridir. Qalib tacını əldə edən iştirakçı müsabiqənin qanunlarına əsasən 1 il Londonda yaşamaq hüququ qazanmaqla yanaşı, il boyu müsabiqənin adından müxtəlif xeyriyyə tədbirlərində iştirak etmək məcburiyyətində qalır.

Xatırladaq ki, 2013-cü ilin “Miss Dünya” titulunu filippinli Meqan Yanq əldə edib.

Tabloid.az müsabiqədən şəkilləri və qalibin reklam rolikini ilə qalibə tac qoyma mərasimindən olan görüntüləri təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm