Cinsi gücü artırıb ürəyə yaxşı təsir edən qış meyvəsi
Bizi izləyin

Tabloid.az

Cinsi gücü artırıb ürəyə yaxşı təsir edən qış meyvəsi

Başda boğaz, ağciyər, ürək və mədə xəstəlikləri, göz, bağırsaq problemləri olmaqla bir çox xəstəliyin müalicəsində istifadə edilən heyva qış xəstəliklərindən qorunmaq üçün də faydalıdır

Başda boğaz, ağciyər, ürək və mədə xəstəlikləri, göz, bağırsaq problemləri olmaqla bir çox xəstəliyin müalicəsində istifadə edilən heyva qış xəstəliklərindən qorunmaq üçün də faydalıdır. Mütəxəssislər, xüsusilə də aşağıdakı narahatlıqlar zamanı heyvadan istifadə etməyi təklif edirlər:

Heyva uşaqların sağlamlığını qoruyur, onların böyüməsini və inkişafını sürətləndirir. Bir çox xəstəliyə şəfa olan heyva yaşından asılı olmayaraq, bütün insanların sinir sistemini gücləndirir. Mədə və bağırsaqları zərərli mikroblardan qoruyaraq həzmsizlik kimi problemlərin qarşısını alır.

Dərinin və dırnaqların gümrah, parlaq və daha sağlam hala gəlməsinə təsir edir. Qrip və soyuqdəymədən qorunmaq üçün də effektlidir.

Heyva ya da heyva suyu ishalın aradan qaldırılması üçün də faydalıdır. Meyvəsi və ya meyvəsindən hazırlanan sirop və kompot ishala qarşı təsirlidir.

Bədənin gücünü artırır. Özünüzü yorğun və əldən düşmüş hiss etdikdə heyva ilə əvvəlki gümrahlığınızı geri qaytara bilərsiniz.

Bu meyvə ağız qoxusunu önləyir.

Ehtiva etdiyi vitamin və minerallar sayəsində orqanizmi ürək və damar xəstəliklərindən qoruyur.

Heyvanın cinsi gücü artırdığı da bir həqiqətdir. Qandakı pis xolesterolu aşağı salır.

Heyvanı bişmiş halda yemək ağızdakı yaraların yaxşılaşmasına kömək edir. Kərə yağında bişirilən heyva bəlğəmi tökür, xroniki öskürəyə, tənəffüs sistemi xəstəliklərinə və bronxitə yaxşı təsir edir.

Heyva çiçəyi qaynadılıb içildikdə ana südünü artırır, ürəyi gücləndirir və baş ağrısını aradan qaldırır. Heyvanın qabıqlarını qaynadıb içdikdə isə sidik yolu iltihabından xilas edir.

Ağızdakı yaralar, boğazdakı şişlik və ağrı üçün heyvanın özü ya da yarpaqlarının qaynadılıb suyu ilə qarqara etmək lazımdır.

Dodaq çatlamalarını önləmək ya da sağaltmaq üçün isə heyva çəyirdəyini qaynadıb dodaqları bu su ilə yumaq lazımdır.

Heyva yarpaqları çay kimi dəmlənib içildikdə insanı sakitləşdirir və yuxusuzluğu aradan qaldırır. Şəkər xəstələri üçün də faydalı meyvə hesab olunur.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm