Ağıllı və cazibədar rusiyalı modelin gözəllik sirləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Ağıllı və cazibədar rusiyalı modelin gözəllik sirləri - Fotolar

Ağıllı və cazibədar rusiyalı modelin gözəllik sirləri - Fotolar

Karyerasının ən parlaq dönəmini yaşayan məşhur bikini modeli İrina Şeyk formada qalmaq və gözəlliyini qorumaq üçün nələr edir, necə qidalanır?

Model pəhrizə və estetik əməliyyatlara qarşıdır. O, bir dəfə müsahibələrindən birində bildirib: “Səhər yeməyindən əvvəl 2 butulka araq içirəm. Zarafat edirəm. Rus olsam da, spritli içkiləri xoşlamıram. Gözəlliyimin sirri ailəmlə və genlərlə bağlıdır. Anamın 55 yaşı var, amma hələ də incə qalıb. İlk olaraq gözəl doğulduğum üçün valideynlərimə təşəkkür edir və ailəm üçün şükür edirəm. İdmanla məşğul olmağı sevirəm. Düşünürəm ki, hər bir qadın öz bədənini sevməli, sahib olduğu bədəni ilə xoşbəxt olmağı bacarmalıdır. Çünki insanlar xoşbəxt olduqları zaman doğru qərarlar verirlər. Ruh və bədən ahəng təşkil etməlidir. Elə buna görə də estetik əməliyyatların əleyhinəyəm.

İnsanı xoşbəxt edən dostlarının da olması çox vacibdir. Mən qəhvə içmirəm, əvəzində isə bol-bol su və dəri üçün faydalı olan yaşıl çay içirəm. Xoşbəxt olmaq və idmanla məşğul olmaq mənim gözəllik sirrimdir. Qadınlara xarici görünüşünə görə qiymət vermirəm. Məncə, hər bir qadın gözəl və seksualdır...”

Gözəl vücudu və cəlbedici cizgilərini qorumaq üçün çox çalışır, amma pəhriz saxlamaq kimi vərdişi yoxdur. Sadəcə, həftə boyu çərəzlərdən, hazır qidalardan uzaq durur və sağlam qidalanmağa üstünlük verir. Həftədə bir gün pizza, dondurma, qamburger kimi yeməklər yeyərək qaydaları pozur.

“Vogue” jurnalına müsahibəsində olduqca iştahalı olduğunu söyləyib. Hətta onu kafedə və restoranda görən heyranları da modelin necə iştahalı olmasına təəccüblənib.

Kişilərin heyranlığına səbəb olan model vücudunu qorumaq üçün hər cür çətinliyə qatlanır, dözür. Pilatesdən, üzgüçülüyə, qaçışdan boksa qədər müxtəlif idman növləri ilə məşğul olur. “Səhərlər üzümə buzlu yaşıl çay qəliblərini gəzdirirəm. Həmçinin üzümə hindqozu yağı çəkirəm. Rus saunası da vaz keçmədiyim rituallardandır. Nyu-Yorkda bir rus saunası var, ora tez-tez gedirəm. Mənə Rusiyanı xatırladır…”

İrina təkcə özünün deyil, bütün rus qadınlarının ağıllı olduğunu düşünür və ehtiyat üçün pul yığdıqlarını deyir. Rus qadınları çox ağıllıdırlar. Çünki onlar nə istədiyini çox yaxşı bilirlər. Məqsədinə çatmaq üçün çox çalışırlar. Boş vaxtlarım olan kimi kitab oxumağa üstünlük verirəm. Mesut Özilin “XVIII əsrin güclü qadınları” kitabını çox bəyənirəm. Rus yazıçılarının isə ağıllı qadın kimi yetişməyimdə rolu böyükdür”.

Model dəblə ayaqlaşmır və brendlərin onun üçün əhəmiyyəti yoxdur. “Dəbi izləməkdənsə, özümü rahat hiss edəcəyim paltarları almağa üstünlük verirəm. Dəb mənim üçün özümü rahat və seksual hiss etdiyim geyim deməkdir. Normal qiymətə satılan şalvar və köynəyə də vurula bilərəm. Həqiqətən də marka xəstəsi deyiləm”.

Hər bir qadının dolabında mütləq çeşid-çeşid büstqalteri olmalıdır. O, isə dörd mövsüm geyinə biləcəyi alt paltarlarına üstünlük verir. Tüllü, krujevalı, qara və əlvan rəngli büstqalterləri daha çox sevir. Gecələr yatanda kişi alt geyimləri geyinməyə xoşlayır. Rahatlıq onun üçün hər şeydən əvvəl gəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm