Cazibədar stil ikonasından gözəllik məsləhətləri
Bizi izləyin

Tabloid.az

Cazibədar stil ikonasından gözəllik məsləhətləri

Saçı, makiyajı, ayaqqabıları, geyimi ilə daim diqqət mərkəzində olmağı bacaran cazibədar xanım öz stil və gözəllik sirrlərini paylaşıb

Dünyanın ən çox tanınan stil ikonalarından olan Oliviya Palermo markaların ən çox təklif verdikləri simalardan biridir. Saçı, makiyajı, ayaqqabıları, geyimi ilə daim diqqət mərkəzində olmağı bacaran cazibədar xanım öz stil və gözəllik sirrlərini paylaşıb.

Tabloid.az gözəlliyi ilə hamını valeh etmək istəyən qadınları nəzərə alaraq Oliviyanın gözəllik sirlərini təqdim edir:

Saç

"Mütləq yaxşı saç maskasından istifadə edirəm. Əvvəllər saç rəngimi açdırırdım və daha da sarışın olmağa can atırdım. Ancaq anam və sevgilim saçlarımın korlandığını dedilər. Ondan sonra saçlarımın daha az zərər görməsi üçün daha tünd bir rəngə boyatdım. İndi tünd rəngin mənə daha çox yaraşdığını düşünürəm. Hər saç modeli hər kəsə yaraşmağa bilər. Özümə ən çox yaraşan modeli seçdim”.

Dəri

"Dəri gözəlliyimin sirri dermatoloqum Dennis Qrossda gizlidir. Kiçik yaşlarımdan etibarən davamlı olaraq onunla görüşürəm. Dərimi dərindən təmizləmək üçün ayda bir dəfə dermatoloqun yanına gedirəm və həmin günün sabahı evdən çıxmıram. Sağlam bir dəri üçün həkim məsləhəti çox əhəmiyyətlidir".

Makiyaj

"Makiyajda həmişə gözlərimi ön plana çıxardıram. Pişikgözü makiyajı çox xoşuma gəlir, arada bir onu da tətbiq edirəm. Amma düşünürəm ki, dumanlı göz makiyajı, gözəl dəri və bej rəngli dodaqlar hər geyimə uyğunlaşır”.

Manikür

"Uşaqlığımdan bəri dırnaq boyası çəkməyi çox sevmişəm. Manikür üçün həmişə vaxt tapıram. Manikür etdirərkən stress atıram. Qırmızı dırnaq boyası klassikdir və həmişə istifadə etmək olar. Əgər daha trend görünmək istəyirəmsə, qara rəng çəkirəm".

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm