Kərim: “Üzünü elə dartdırıb ki, qulaqlarının arxası çapıq-çapıqdır”
Bizi izləyin

Tabloid.az

Kərim: “Üzünü elə dartdırıb ki, qulaqlarının arxası çapıq-çapıqdır”

Özünün əməliyyat etdirmədiyini deyən Kərim əməliyyat etdirənlərə də söz atmağı unutmayıb.

Cinsindən asılı olmayaraq şou əhlinin plastik əməliyyat etdirməsi normal qarşılanır. Səhnəyə çıxan istənilən şəxs yaraşıqlı görünmək üçün hər hansı qüsurunu aradan qaldırmağa cərrah bıçağı altına rahatlıqla uzanır. Amma nədəncə, bəzi müğənnilər plastik əməliyyat etdirdiklərini inkar edirlər.

“Onlar” verilişi müğənni Kərim Abbasovun plastik əməliyyat etdirməsi isə maraqlanıb. Müğənni xəbəri təkzib edərək:

“Məşədi İbad demişkən, mən hələ qocalmamışam ki, başıma həna qoyum. Əvvəla plastik əməliyyat etdirənlərə pis baxmıram. Yalandan deməyim ki, bunu qəbul etmirəm. İncəsənət adamı özünə baxmalıdır. Amma heç bir yerimdə plastik əməliyyat olunmayıb. Qulaqlarımın arxasına da baxa bilərsiniz. Bəlkə deyərsiniz ki, üzünü dartdırıb. Burnum da özümündür. Botoks da etdirməmişəm. Hər şeyim təbiidir. Həm də nə yaşım var ki ?!”.

Özünün əməliyyat etdirmədiyini deyən Kərim əməliyyat etdirənlərə də söz atmağı unutmayıb.

“Sifətlərini təmir edirlər. Amma elə bir şeylər var ki, onları qorumaq lazımdır. Kişi müğənnisi tanıyıram ki, burnunu 3 dəfə əməliyyat etdirib. Bu da normaldır. Amma sifətini çəkdirmək nəyə lazım. Baxırsan ki, əməliyyatının izi başının ortasına çıxıb, qulaqlarının arxası üzünü dartıdrmaqdan çapıq-çapıqdır. Nə olub? Nə xəbərdir?”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm