Tural Bayraməliyev hansı türkiyəli məşhuru seçib?
Bizi izləyin

Tabloid.az

Tural Bayraməliyev hansı türkiyəli məşhuru seçib?

Sevilən mahnıların müəllifi Tural Bayraməliyev bu dəfə türkiyəli məşhurlardan biri ilə çalışmağa qərar verib.

Sevilən mahnıların müəllifi Tural Bayraməliyev bu dəfə türkiyəli məşhurlardan biri ilə çalışmağa qərar verib. Yeni mahnı yerli müğənnilərdən biri ilə duet şəklində hazırlanacaq. Müəllif hələlik layihənin ifaçılarının adını açıqlamayıb:

“Hazır duet ilk olaraq mətbuat nümayəndələrinə təqdim olunacaq. Layihə ilə bağlı bütün yenilikləri məhz həmin gün açıqlamağa qərar verdik. Təqdimat yaz ayına nəzərdə tutulub”.

Qeyd edək ki, Sevil və Sevinc bacılarının söz və musiqisi Tural Bayraməliyevə məxsus olan “Eşq dəlisi” mahnısı və ona çəkilən klip sosial kanallarda rekord sayda izlənib. Hətta bundan öncə yazılan “Ürəyim” mahnısının rekordunu aşaraq, Türkiyədə də dinlənilir və izlənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm