• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qəzəb, əsəb və kədər hansı orqanları sıradan çıxarır?

Qəzəb, əsəb və kədər hansı orqanları sıradan çıxarır?

Qəzəb qaraciyəri, əsəb isə ürəyi sıradan çıxarır

Xəstəliklərin təməlində yatan səbəblər əsasən, qidalanma, nizamsız həyat kimi amillər olsa da, insanın həddindən artıq mənfi duyğu və düşüncələrə yüklənməsi orqanları yoraraq xəstəliklərə yol açır.

Duyğular təkcə zehni deyil, daxili orqanlarda da ciddi xəstəliklərə səbəb ola bilər. Hətta ən gözəl duyğulardan biri olan sevincin ifrat dərəcədə yaşanması da ürəyi yorur. Tabloid.az xəbər verir ki, Türkiyəli mütəxəssis, həkim Birsel Kavaklı duyğuların orqanlar üzərindəki təsirləri haqqında məlumat verib.

Hədsiz qəzəb qaraciyərə zərər verir

Stress, mənfi hisslər hormonları artıraraq orqanlara təsir edib, funksiyalarını sıradan çıxarmasına səbəb olur. Xroniki xəstəliklərin əsasında qəzəb, kədər kimi mənfi hisslər dayanır. Həddindən artıq spirt, həkim məsləhəti olmadan şüursuz şəkildə dərman istifadəsi qaraciyəri məhv edirsə, hədsiz hiddət və qəzəb kimi hisslər də qaraciyərə zərər verir. Həddindən artıq əsəbilik hallarında ürəkbulanma və baş ağrıları yaranır.

Təlaş, nifrət və inciklik kimi hisslər ürəyi yorur

Gözəl duyğuların orqanlara təsir edərək işinə töhfə verdiyi, yaxşılaşdırdığı kimi, pis duyğuların da fəaliyyətinə mənfi təsir göstərdiyi məlumdur. Hədsiz təlaş, nifrət, inciklik, sevinc kimi hisslər ürək ritminə təsir edir. Qayğı və stress anında ürək ritmi də artır və orqanizmə daha çox qan getməyə başlayır. Şən olmaq çox gözəldir və bu duyğu normal şərtlərdə insana son dərəcə faydalıdır. Qan dövranının düzgün olmasını da təmin edir. Ancaq bu duyğunun həddindən artıq olduğu halda ürək də zərər görür. Bunun səbəbi yenə də yuxarıda dediyimiz kimi stress hormonlarının qanda artmasıdır.

Kədər vərəmə səbəb olur?

Hüzn və kədər kimi mənfi hisslər ağciyərin funksiyalarına mənfi təsir edir. Yaşanan məyusluğun davamlılığı ağciyərə təsir edərək sinədə təzyiq, ağırlıq hiss edilməsinə yol açır. Hətta depressiya şiddətlənir. Bunun üçün depressiyaya düşən adamlara açıq hava yürüşləri, tez-tez dərindən nəfəs almaq təklif edilir. Kədərli olduğunuz zamanlarda açıq havaya çıxın və bir neçə dəfə dərindən nəfəs alın. Bu, həm psixoloji vəziyyətinizin, həm də ağciyərlərin yaxşılaşmasını təmin edəcək. Hədsiz kədər həmçinin immun sistemini də zəiflədir. Keçmişdə istifadə edilən "kədərdən vərəm oldu" kimi sözün də əslində bu mənada gerçək məntiqə uyğun olduğunu söyləmək olar.

Dərd varsa, mədə problemləri də yaranır

Orqanlara mənfi təsir edən duyğulardan biri də qorxudur. Hədsiz qorxu böyrəklər üzərində büzüşmə təsiri yaradaraq və fəaliyyətinə mənfi təsir göstərir. Böyrəklərin fəaliyyətindəki bir mənfi cəhət isə yenidən qorxu hissi olaraq insana qayıtmasıdır. İnsan orqanlarındakı zəifləmə nəticəsində daha çox qorxu hiss edir. Bir şeyi dərd etmək, fikrini çəkmək isə ən çox mədə-bağırsaq sistemini zədələyir. Huşsuzluq, həddindən artıq fikir, zehni iş, qayğı, narahatlıq kimi duyğular da birbaşa dalağa təsir edir.

Sağlam qidalan, idman et, pis duyğulardan uzaq durun

Sağlam qidalanaraq, idman edərək özünüzə yaxşı baxdığınız kimi yaxşı hisslər daşıyaraq da səhhətinizi qorumalısınız. Mümkün olduğu qədər stressdən, qorxu, narahatlıq və s. duyğulardan uzaq duraraq bir problemi dərd etməyərək xəstəlikləri özünüzdən uzaqlaşdıra bilərsiniz. Hiss edilən mənfi duyğuları dərd etmək ürəyə, orqanlara mənfi təsir etdiyi kimi bunun nəticəsində yenə də insanlara mənfi fikir olaraq geri qayıdır. Həyatınızın şən və sağlam olmasını istəyirsinizsə, hər zaman gözəl düşünün və gözəl görünün.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR