• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Telekanallar aparıcılara niyə “şpaqat” açdırır?

Telekanallar aparıcılara niyə “şpaqat” açdırır?

ATV-nin “Gündəlik” verilişində aparıcı Mətanət Əliverdiyevanın “şpaqat” açması gündəmi əməlli başlı zəbt etmişdi. Məsələyə demək olar ki, münasibət bildirməyən adam qalmamışdı. Əvvəlcə sosial şəbəkələrdə başlayan müzakirələrə müğənnilər, ardınca aparıcılar, MTRŞ rəsmisi və ən son olaraq millət vəkilləri də öz mövqeyini bildirdilər.

Bu rezonansı görüb, qonşudan qalma dala deyib ANS də 18 illik keçmiş əməkdaşı Mətanət Əliverdiyevanın yolunu davam etdirib.

Belə ki, bu gün “Günəbaxan” verilişində aparıcılardan biri olan aktrisa Telli Hüseynova Mətanəti təkrarlayıb. Hələ bu azmış kimi Kamran Həsənli aktrisanın bu hərəkəti etməsindən dərhal sonra ondan bir daha bunu etməyi xahiş edib.

Görünür artıq yerli telekanallar üçün dəyər qalmayıb. Çünki Mətanət Əliverdiyevanın etdiyi bu hərəkət heç də birmənalı qarşılanmadı. Əksinə aparıcının “şpaqat şousu” o qədər uzandı ki, xanım aparıcı efirə çıxıb açıqlama vermək məcburiyyətində qaldı.

İndi ANS-in belə addım təkrar atması nə keçmiş əməkdaşına qarşı jest idi, nə də AT V telekanalına qarşı xoş addım idi. Bu, sırf reytinq oğurlamaq və verilişin müzakirə olunması üçün edilən bir təkrarçılıq idi....

Bura qədər adi tamaşaçının gördüyü və düşündükləri idi.

İndi isə bir qədər irəli gedərək baş verənlərə daha ayıq başla və açıq gözlə baxın. Əslində bütün olanlar ATV-nin bostanına daş atmaqdan ibarət idi. Əvvəlcədən hazırlaşmış ssenari və hazırlanmış aparıcılar aktyorluq məharətini nümayiş etdirirdi.

Qonaqlar qismində olan Elgiz Əkbər birdən aparıcı Telliyə sən də “şpaqat” aça bilərsən deməsi ilə ssenari başladı. Lakin DJ Çinanın çıxışı hər şeyin düşünülmüş bir oyun olduğunu ortaya qoydu:

“Bunu qeyd et ki, 2009-cü ildə “Günəbaxan”ın ilk verilişlərində bu, artıq olub. Bütün kanallardan əvvəl olub artıq. Kim edibsə, ondan əvvəl bizdə olub. Bu, təkrar deyil. Deməsinlər ki, başqa kanaldan götürüblər”.

Kimdə birinci, kimdə ikinci, ya da kimdə üçüncü olacaq deyə bilmirəm. Bildiyim bir odur ki, reytinq xətrinə kanal rəhbərləri istənilən aparıcını “şpaqata otuzdurmağa” hazırdır.

Tabloid.az hər iki “şpaqat şou”sunun video görüntülərini təqdim edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR