“Mahur” qrupu Məmmədbağır Bağırzadəni seçdi - Video
Bizi izləyin

Tabloid.az

“Mahur” qrupu Məmmədbağır Bağırzadəni seçdi - Video

Bəstəkar Ruhin İsmayılovun rəhbərliyi ilə peşəkar musiqiçilərdən ibarət yeni yaradılan “Mahur” qrupu ilk yeniliyinə mərhum sənətkar Məmmədbağır Bağırzadənin repertuarından mahnı ilə başlayıb

Bəstəkar Ruhin İsmayılovun rəhbərliyi ilə peşəkar musiqiçilərdən ibarət yeni yaradılan “Mahur” qrupu ilk yeniliyinə mərhum sənətkar Məmmədbağır Bağırzadənin repertuarından mahnı ilə başlayıb. Söz və musiqisi M.Bağırzadənin olan “Gəlinim” mahnısını Vüsal Ömərovun yeni aranjemanında lentə yazdıran qrup ifaçıları bunu ardınca nəğməyə çəkiləcək klipi təqdim etməyə hazırlaşır. Klipdə Məmmədbağır Bağırzadənin lent yazılarından istifadə ediləcək.

Qrup rəhbərinin məlumatına görə, bu mahnıya müəllifin özündən sonra ilk müraciəti “Mahur”un üzvləri edib:

“Qrupu yaratmaqda başlıca məqsədimiz, xalq üslubunda olan mahnıları gənc ifaçıların təqdimatında təqdim etməkdir. “Gəlinim” zamanında sevilən mahnılardan olub. Qrup üzvləri onu ifa etməklə həm yaşlı nəslin zövqünü oxşamağa çalışıb, həm də gənclərə bu qəbildən olan mahnıları tanıtmaq əzmindədir. Qeyd edim ki, bu mahnıda qədim “Heyvagülü” havasından və eyni zamanda “Qaynana” filmində fraqmentdən istifadə edilib”.

Xatırladaq ki, sözügedən qrupun üzvləri – Xəyal Əliyev, Ağa Şahverdiyev və Aslan Quliyev Beynəlxalq Muğam və digər mötəbər müsabiqələrin laureatlarıdırlar. Hər üçü ali musiqi təhsili alır.

Ruhin İsmayılov isə qrupa rəhbərliklə yanaşı, müğənnilərlə işbirliyinə davam edir. Xatırladaq ki, bəstəkar müğənnilərdən Röya (“Necə unudum”, “Sakinim ol”, “Həyat”), Zamiq (“Sənsən”, “Nə olar”), Aygün Kazımova və Elton (Yağış), Alim Qasımov, Elnur Hüseynov, Rəhim Rəhimli (“Ağ və qara” kompozisiyası) və digər məşhurlarla çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm