• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünya ulduzlarının ən şıq ayaqqabıları - Fotolar

Dünya ulduzlarının ən şıq ayaqqabıları - Fotolar

Müasir dəbin formalaşmasında və yeni trendlərin yaranmasında dünya ulduzlarının rolu danılmazdır. Modelyerlər qədər onlar da özünəməxsus tərzi ilə dəbə istiqamət verirlər.

Sevdiyi məşhurun geyimini davamlı olaraq izləyən və onun dəbindən yararlanan xanımlar kifayət qədərdir. Tabloid.az Yeni ildə tərz ayaqqabılara üstünlük verməyiniz mövzusunda sizə kömək edən məşhurların sevimli ayaqqabı modellərini toplayıb. Bu fotolarda onların hansı markalara üstünlük verdiyi də qeyd olunub.

Modaya istiqamət verən məşhur müğənni Beyons dünyanın ən çox qazanan gözəllərindəndir. Buna görə də geyimlərinə milyonlarla pul xərcləməsi təəccüblü deyil. Milyonlarla qadın tərəfindən izlənilən Beyons dəbli ulduzlar arasında ilk sırada dayanır. Geyiminə xüsusi diqqət göstərən ulduz ayaqqabı seçimində daha çox qızılı və gümüşü eleqant tərzdə olan modellərə üstünlük verir.

Son illər gündəmdən heç düşməyən, tərziylə hər kəsin diqqət mərkəzində olan Ceylo əsl stil ikonasıdır və hər zaman özünəməxsus ayaqqabılar geyinir. O, əsasən platformalı, daşlı və topuqdan bağlanan ayaqqabılara üstünlük verir. Brendlərdən yararlanan Ceylonun ən sevimli brendi "Christian Louboutin"dir. Cazibədar ulduz özünə yaraşdırdığı ayaqqabılar seçdiyini deyir.

Tərzi ilə diqqət çəkəb digər məşhur isə Hande Yenerdir. Hər geyimi ilə gündəmə damğasını vuran müğənnini pərəstişkarları da daim izləyir. Onun dəbində ən önəmli nöqtə hətta təzad rəngləri belə heç tərəddüd yaşamadan sintez etməsidir. Zidd görünsə də, fərqli tərzini milyonlarla insan izləyir. O, da Demet Akalın kimi daha çox platformalı ayaqqabılara üstünlük verir. Buna baxmayaraq, rahat tərzdə olan sadə ayaqqabılar da qarderobunun əvəzedilməzləri siyahısındadır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR