• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Natavan səfərə çıxıb

Natavan səfərə çıxıb

Müğənni Natavan Həbibi Ukraynaya gedib. O, Xarkov Milli Akademik Opera və Balet Teatrında konsert proqramı ilə çıxış edəcək. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbiri Xarkov Fəxri Konsulluğu təşkil edib.

Bu barədə Tabloid.az-a Natavan Həbibinin köməkçisi A.Aysu məlumat verib. Onun sözlərinə görə, müğənninin səfəri bu ayın 18-də başa çatacaq. Qayıtdıqdan sonra isə N.Həbibinin yenidən səfəri gözlənilir. Bu dəfə isə müğənni Sankt-Peterburqa gedəcək. Həmin səfər isə dekabrın 28-də keçiriləcək konsertlə bağlıdır. A.Aysu bu barədə ətraflı məlumatın N.Həbibinin qayıtmasından sonra veriləcəyini deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR