• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bayram gecəsi siz də ulduzlar kimi parlayın - Fotolar

Bayram gecəsi siz də ulduzlar kimi parlayın - Fotolar

2014-cü ili beləcə yola salırıq. Yeni ili qarşılamağa hazırlaşırıq. Yeni il gecəsi qadınların tək arzusu möhtəşəm görünmək və ulduzlar kimi parıldamaqdır. Bəs Yeni il gecəsini nə cür makiyajda qarşılamaq lazımdır?

Yeni ildə gedəcəyiniz məkana uyğun makiyajdan istifadə etmək çox əhəmiyyətlidir. Gecə klubu, restoran və ailə yeməyi kimi ortamların hər birində fərqli məqamlar ön plana çıxarılmalı və bəzi kosmteik vasitələr ixtisar edilməlidir.

Gecə klubu makiyajı

Gur işıqların altında, hər kəsin qaynaşdığı mühitdə bütün gecə rəqs edəcək və əyləncəli gecə keçirəcəksinizsə, mütləq parlaq rənglər seçməlisiniz. Parlaq dodaq boyaları, zərli göz kölgələri və ənliklər mütləq əlinizin altında olmalıdır. Bütün gecə kimyəvi maddələr daşıyacaq olan üzə qulluq da əhəmiyyətlidir. Əvvəl üzünüzü nəmləndirin. Sonra tonal krem çəkin və layneri, göz qələmi, tuş və ənliyi sıranı pozmadan çəkin. Evdən çıxarkən edəcəyiniz son iş dodaq boyası çəkmək və ətir vurmaq olmalıdır.

Ailə yeməyi

Ailə yeməyi ən az makiyaj etməyiniz lazım olan yerdir. Baxımlı, ancaq təbii olmaq daha əhəmiyyətlidir. Ənlik üçün şaftalı tonları və ya yüngül parıltılı çəhrayı rəngdən istifadə edə bilərsiniz. Çox ənlik və ya tonal kremdən ​​istifadə etməyin. Dodaq boyası isə qətiyyən qırmızı olmasın. Daha yüngül tonları seçə bilərsiniz. Ümumiyyətlə, ailə üzvləriniz sizi təbii görünüşlə bəyəndikləri üçün özünüzü daha rahat hiss edə biləcəyiniz makiyaj tərzi seçin.

Restoranda yemək dəvəti

Restoranda romantik axşam keçirəcəksinizsə, sevgiliniz və ya həyat yoldaşınızın gözlərinin davamlı olaraq sizdə olacağını unutmayın. Buna görə də restorana gedərkən etdiyiniz makiyaj daha çox diqqət tələb edir. Nəmləndirici çəkmədən əsla makiyaja başlamayın. İşıqların altında ənliyin qurutduğu dəri heç də xoş görünməyəcək. Dodaqlarınızı dolğun göstərəcək dodaq boyası seçin. Göz makiyajı ən əhəmiyyətli addımdır. Çünki bütün gecə gözlər üzərinizdə olacaq. Xüsusilə tuş çəkərkən çox diqqətli olun. Eynək və ya linzadan istifadə edirsinizsə, gözlərinizə xüsusi diqqət göstərin.

Yeni ili bu yerlərdən fərqli bir məkanda qeyd edəcəksinizsə, mühitə uyğun makiyaj tonlarını seçin. Bu, ofisdə keçirilən əyləncədirsə, ciddi, yoldaşlarla, qızlarla qeyd olunacaq bir axşamdırsa, sevimli tonlardan seçə bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR