Orqanları havadakı zəhərlərdən qoruyan qidalar
Bizi izləyin

Tabloid.az

Orqanları havadakı zəhərlərdən qoruyan qidalar

Belə çirkli havada nəfəs alanda bədənimizi də çirkləndirmiş oluruq

Təəssüf ki, dünyada oksigen səviyyəsi gedərək azalır. Havanı davamlı olaraq çirkləndiririk, artıq Tehran və Pekin kimi şəhərlərdə insanlar nəfəs almaqda çətinlik çəkirlər, maska ilə gəzirlər. Bakının da havası təmiz hesab edilmir. Son illər şəhərimizin havası daha da pisləşib. Belə çirkli havada nəfəs aldıqca bədənimizi də çirkləndirmiş oluruq. Üstəlik, sadəcə havadan deyil, qəbul etdiyimiz dərmanların təsirindən, istifadə etdiyimiz kimyəvi maddələrdən də orqanizmdə toksinlər yığılır.

Toksin isə bədəndə bir çox fəsadlara, o cümlədən də xərçəng xəstəliklərinə səbəb ola bilir.

Ancaq bədənimizi havanın və digər xarici faktorların mənfi təsirindən qoruya bilərik. Bunun üçün orqanları təmizləyən və toksinləri bədəndən atan qidalar yemək lazımdır.

Tabloid.az xarici mətbuata istinadən həmin qidaları təqdim edir:

Pərpərəng

Bu bitki yabanı şəkildə bitir. Tərkibində bol miqdarda omeqa-3 var. Bu da onu digər yaşıl yarpaqlı tərəvəzlərdən fərqləndirir. Kalorisi yox deyiləcək qədər az olan bu tərəvəz lif, vitaminlər və minerallar baxımından da olduqca zəngindir.

Əsl möcüzə hesab edilən pərpərəng A vitamini mənbəyidir. A vitamini ən güclü təbii antioksidant hesab olunur. Pərpərəngdə kifayət qədər C vitamini də var. Bütün bunlar sayəsində siz bədəninizi mənfi təsirlərdən qorumuş olacaqsınız. Pərpərəngi salatlarda istifadə etmək olar. Həmçinin qovurub qatıqla yeyəndə çox ləzzətli olur.

Yaşıl çay

Kateşin adlı antioksidant ehtiva edən yaşıl çayın tərkibində bir miqdar kofein də var. Maqnezium, kalium anbarıdır. Maqnezium insanı sakitləşdirir, stressi azaldır, insulin hormonunun işini dəstəkləyir. Qanda şəkərin tarazlığını təmin edir. Qidaların hüceyrə içinə daşınmasında, sinir sisteminin güclənməsinə təsir edir.

Yaşıl çayın ehtiva etdiyi flavonoidlər orqanları toksinlərin təsirindən qoruyur.

Alça

Bu meyvə həzmi yaxşılaşdırır. Lif baxımından zəngin olan alça qəbizlik və qaz problemi yaşamağınızın qarşısını alar. İmmunitet sistemini gücləndirərək orqanları zərərli maddələrin təsirindən qoruyar.

Yüksək miqdarda antioksidant ehtiva etdiyi üçün xərçəngə qarşı effektilidir. Ağciyərləri xəstəliklərindən qorumaq üçün də alça yemək məsləhətdir. Alça yeyən insanlarda astma, ağciyər xərçəngi, öskürək və xroniki ağciyər problemləri müşahidə olunmur.

Ananas

Təkibindəki bromolin maddəsi maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir. Ananasda həm də fol turşusu və C vitamini də bol miqdardadır. Hüceyrələrin yenilənməsini sürətləndirir. İmmun sistemini gücləndirir və toksonləri bədəndən xaric edir.

Limon

Bütün mövsümlərdə istifadə edilən sitrus bitkisi olan limonu süfrəmizdən əksik etməməliyik. C vitamin anbarı olan limon immun sistemimizi gücləndirir. Dəridəki elastik toxumanı gücləndirərək yaşlanmağın qarşısını alır. Dəmir çatışmazlığının qarşısını alır.

Limon hüceyrələrin yenilənməsinə kömək edir. Orqanizmi toksinlərdən ən yaxşı təmizləyən qida hesab edilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm