• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rəhim ona nalayiq söz yazanlara od püskürdü – Video

Rəhim ona nalayiq söz yazanlara od püskürdü – Video

Müğənni Rəhim Rəhimli digər şou nümayəndələrindən fərqli olaraq heç bir sosial şəbəkədə rəsmi olaraq qeydiyyatdan keçməyib.

Nəzərə alsaq ki, sosial şəbəkələr müasir zamanda məşhurları gündəmdə saxlayan və birbaşa media işçiləri üçün mənbə rolunu oynayırsa, niyə Rəhimli zamanın tələbi olan bir vasitədən istifadə etmir?

Tabloid.az xəbər verir ki, “Hər şey daxil” verilişinin qonağı olan sənətçi aparıcıların bu sualına sakit cavab verə bilməyib. Emosiyalarına hakim kəsilə bilməyən müğənni təhqirlərdən bezdiyini söyləyib:

“Sosial şəbəkədə yazılan nalayıq ifadələr, təhqiramiz sözlər məni əsəbiləşdirir. Kimin nə ixtiyarı var təhqir eləsin?! Buradan milyonlarla insana səslənirəm. Gözünüzü açın, adam olun, ağıllı olun, şüurlu olun. Heç kəsin ixtiyarı yoxdur sosial şəbəkələrdə sənətçini təhqir etməyə. Nə ixtiyarla, Namiqə, Aygün Kazımovaya, Röyaya, Rəhimə nalayiq sözlər yazırlar ? Məni sən doğub, sən dünyaya gətirmisən ? Buradan milyonlarla insana səslənirəm, ağıllı olun”.

Tabloid.az Rəhim Rəhimlinin emosional çıxışını təqdim edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR