Modelyerimiz dəb yarışında II yeri tutdu - Fotolar
Bizi izləyin

Tabloid.az

Modelyerimiz dəb yarışında II yeri tutdu - Fotolar

Dizayner Zümrüd Mirzəliyeva Moskvada keçirilən yüksək dəb yarışında ikinci yeri tutub

Azərbaycanlı dizayner Zümrüd Mirzəliyeva keçən istirahət günləri Moskvada keçirilən “Etno-Erato” adlı ikinci milli geyim üzrə Avrasiya yüksək dəb yarışmasında iştirak edib.

“Etno-Erato” müsabiqəsi Moskva şəhərinin regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqə üzrə departamentinin dəstəyi ilə keçirilib. O cümlədən tədbirə Moskvanın Millətlər Evi dəstək göstərib.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilib: “Qafqaz xalqlarının ən yaxşı geyimi”, “Ən yaxşı Şərq geyimi”, “Müasir geyimdə etnik motivlər”, “Etnik geyimin retrosu”.

Təmsilçimiz Z.Mirzəliyeva “Etno-Erato”nun “Müasir geyimdə etnik motivlər” nominasiyasında “Azərbaycan” kolleksiyasını təqdim edib və bu nominasiyada II yerə layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm