Ayselin 130 minlik avtomobilini yararsız hala saldılar
Bizi izləyin

Tabloid.az

Ayselin 130 minlik avtomobilini yararsız hala saldılar

Avtomobil elə vəziyyətdədir ki, 1 ay təmir üçün saxlanılacaq.

Müğənni Aysel Əlizadə “Porcshe” markalı avtomobilində qəza keçirib. Eyni tərəfdən hərəkət edən avtomobil yol hərəkəti qaydasını pozaraq müğənninin və yaxınlıqdakı digər avtomobili vuraraq, yararsız hala salıb. Müğənni ciddi xəsarət almasa da, qolundan yüngül yaralanıb. Həkim müayinəsinə ehtiyacı olmadığını bildirən sənətçi təəssüflə bildirdi ki, bir ay maşınsız qalacaq:

“Avtomobil elə vəziyyətdədir ki, 1 ay təmir üçün saxlanılacaq. Hadisəni törədən şəxs mənə dəyən ziyanı ödəyəcək. Hazırda hadisə baş verən rayon üzrə Səbayel polis idarəsində cinayət işi başlayıb, araşdırma aparılır”.

Qeyd edək ki, müğənninin idarə etdiyi Porche gts” markalı avtomobilin qiyməti 130 min manatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm