Hülya Avşar keçmiş həyat yoldaşını divara dirədi
Bizi izləyin

Tabloid.az

Hülya Avşar keçmiş həyat yoldaşını divara dirədi

“Kişi qadınında tapa bilmədiyini çöldə axtarar”

Türkiyəli məşhur aktrisa və müğənni Hülya Avşar yaxın dostu Acun İlıcalının kanalı olan “TV8”də yeni bir verilişə başlayıb. Hülyanın verilişdəki ilk qonağı keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu olub. Avşar qızı keçmiş ərinə şəxsi həyatı ilə bağlı suallar verməkdən çəkinməyib. Hülya Avşarın “Məni niyə aldatdın?” sualını verməsi isə Kaya Çilingiroğlunun çətin dəqiqələr yaşamasına səbəb olub. Tabloid.az onların dialoqunu təqdim edir:

Hülya Avşar: “Məni niyə aldatdın?”

Kaya Çilingiroğlu: “Kişi 3 səbəbdən aldada bilər: genetikadan gələn xüsusiyyət, xəstəlik, axtardıqlarını həyat yoldaşında tapa bilməmək. Belə olduqda kişi axtardıqlarını çöldə tapır.

Gözəl qadın kişinin eqosunu yüksəldir. Sən Zəhranı dünyaya gətirdikdən sonra bütün vaxtını ona sərf etdin. Mənimlə maraqlanmadın. Hər gecə gəzməyə çıxırdım, amma səni də çağırırdım. Sən isə gəlmirdin.

H.A: Hazırda sevgilin var?

K.Ç: Elə şey olar?! Yeni boşanmışam.

H.A: Amma biz boşanmadan, hətta ayrılmadan sən özünə təzə sevgili tapmışdın.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm