Bayram gecəsi üçün möhtəşəm saç düzümləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Bayram gecəsi üçün möhtəşəm saç düzümləri - Fotolar

Bayram gecəsi üçün möhtəşəm saç düzümləri

Yeni il axşamı üçün paltar və makiyaja qərar verdikdən sonra növbə saçlara gəlir. Tabloid.az xanımlar üçün Yeni il axşamı onları qüsursuz göstərən saç düzümləri toplayıb. Bu saç düzümlərinin yığılma qaydası çox asandır. Həm dəvətlərdə, həm də ailənizlə birlikdə keçirəcəyiniz bayram gecəsində yığdıra bilərsiniz.

Yunan tərzi

Yeni il axşamı saçları sadə aksessuarlarla yunan stilində yığmaq yaxşı fikirdir. Şəkildəki modeli yığmaq üçün ilk olaraq saçları ortadan və ya yandan iki yerə ayırın. Daha sonra alın hissəsindən başlayaraq saçları burun və tel sancaqları ilə aşağıda sabitləyin, saçın digər tərəfini də bu qaydada yığın. Sonda aşağıda yığılan saçları birləşdirib toppuz düzəldərək broşla bəzək vurun. Broşun qaşlı, sadə, gül formasında olması isə sizin zövqünüzdən asılıdır.

helensac

Retro dalğalar

Retro dəbinin ən çox hiss olunduğu bu mövsümdə retro stilinə müraciət etməyiniz heç kimi təəccübləndirməyəcək. Yeni il axşamı üçün vualla vurğulanmış, yaxud krujevanın gözəlliyindən istifadə edərək vintaj tərzi saç düzümü yığdıra bilərsiniz. Bu saç düzümü üçün saçınızı qalın burmalısınız. Daha sonra buruqları əllərinizlə açın və daha havalı edin.

retrodalgalar

Yandan hörüklər

Yeni il gecəsi əylənən zaman saçlarınızın dağılmasını istəmirsinizsə, gecə səhərə qədər rahat şəkildə rəqs etmək istəyirsinizsə, hörüklər hörün. Şəkildəki hörük modelini isə özünüz də edə bilərsiniz. Bunun üçün saçın istədiyiniz tərəfini yumşaq şəkildə hörün. Daha sonra kənarlardan boşaldın və saç lakı ilə möhkəmləndin.

yandanorgu

Hörüklü toppuzlar

Kürək dekolteli ziyafət libası seçmisinizsə, bu zaman saçı açıq qoymaq olmaz. Hörüklər kürəyinizin cazibəsini vurğulamağa kömək edəcək. Sıx yığılmış at quyruğunu hörün və saçınızın ətrafına dolayın. Daha sonra sancaqla bərkidin. Bu modeli yuxarıda və aşağıda da edə bilərsiniz.

orgulutopuz

Hollivudsayağı dalğalar

Dalğalı saçların cazibəsini bayram stilində istifadə edə bilərsiniz. Bu model üçün saçların fenlə burmaq lazımdır. Bütün saçı burduqdan sonra saçı bir tərəfə atın. Buruqların dağılmaması üçün saç lakından istifadə edə bilərsiniz.

yandandalga

Dümdüz saçlar

Bayram gecəsi də sadəlik prinsipini pozmamağa and içənlər dümdüz modellərə yönələ bilərlər. Bütün gecə saçların parıldaması üçün yuduqdan sonra balzam çəkin. Saçların düz qalması üçün saç lakı sıxa bilərsiniz.

duzfon

Oxumağa davam et
Reklam
Reklam

Gündəm