Sevinc Ağaşirinova: “Röyaya həsəd aparıram” - Müsahibə, Fotolar
Bizi izləyin

Tabloid.az

Sevinc Ağaşirinova: “Röyaya həsəd aparıram” - Müsahibə, Fotolar

Özünü şou-biznesin ideal bədən quruluşuna sahib müğənnisi hesab edən sənətçi tabloid.az-a müsahibəsində iddialı açıqlamalar verdi.

Vaxtilə cəsarətli fotosessiyaları ilə gündəmə gələn müğənni Sevinc Ağaşirinova ana olandan sonra belə fotolar çəkdirmədi. Özünü şou-biznesin ideal bədən quruluşuna sahib müğənnisi hesab edən sənətçi tabloid.az-a müsahibəsində iddialı açıqlamalar verdi.

O, söhbətə ATV-də yayımlanan “Kimdir nömrə 1” yarışmasında həmkarlarının gündəmdən düşməyən konfliktlərinə münasibət bildirməklə başladı:

- Orda izlədiyim ifaçılardan biri Elçin Hüseynov idi. Təəssüf ki, yarımadan getdi. Ayaz Qasımov, Gülay Zeynalova, İlahə İbadova sözünü sənətdə deyən müğənnilərdi və onları ilk gündən dəstəkləyirəm.

- Sizcə müsabiqə kimin yeri deyil?

- Mən düşünürəm ki, müsabiqədə istedadlı insan da iştirak etməlidir, istedadsız da. Çünki onda fərq üzə çıxır. Bəzi insanlar deyirlər ki, filankəsin yeri yoxdur. Niyə də olmasın. Bu sənhə hər bir ifaçı üçün bir yenilikdir. Bir müğənni ifa zamanı xaric oxuyursa, onu dərhal topa tutmaq lazım deyil. Müğənni canlı efirdə həyəcandan özünü itirə bilər. Amma bəzi müsabiqələrdə əsl istedad qalib gəlmir. Çünki müqəddəratı SMS həll edir.

- Sizi ifanızda canlı mahnı eşitməmişik. Bu müsabiqədə özünüzü sınayardınız?

- Səs etibari ilə problemim olmazdı. Amma elə alındı ki, mən sözügedən müsabiqədə iştirak etmədim. Əgər iştirakçı olsaydım, səsimə görə, narahatlıq yaşamazdım.

- Efirlərə canlı ansamblla niyə çıxış etmirsiniz?

- Hazırda məşqlərə başlamışam. Yaxın vaxtlarda canlı ifalarımı eşidəcəksiniz.

- Bu günə qədər buna nə mane olurdu?

- Övladım dünyaya gələndən sonra yaradıcılığımda fasilə oldu. İndi vokal dərsləri alıram. Xüsusi hazırlaşıram. Qarşıda böyük layihələrim olacaq. Düzgün oxumaq üçün bəzi incəlikləri bilmək vacibdir. Mahnı oxuyan zaman düzgün nəfəs almaq lazımdı. Hazırda bunu üzərində çalışıram. Bu ifaçı üçün çox vacibdir.

- Sizi idman zalında da tez-tez görürlər... Yaradıcılığa neçə vaxt ayırırsınız?

- Hələki mənə vacib olanı edirəm. İdman da vacibdir. Vokal müəllimim idmana getməyimi məsləhət görmür. Amma idmansız qala bilmərəm. İki seçim arasında qalmışam. Amma səs də lazımdı.

- İdman nəyə mane olur ki?

- Nəfəsə. İdman zamanı ağır çəkili daşlar qaldırıram, qaçıram. Enerji itirirəm. Bu da o biri dərsə mane olur. Hər ikisi mənə hava-su kimi lazımdır.

- Ana olandan sonra tez formaya düşdün. Deyəsən, buna idman sayəsində nail oldun?

- Həm bədən quruluşumu qorumaq, həm də güclü qadın olmaq üçün edirəm. İddalıyam.

- Nəyin iddiasındasan?

- Elə bir xanım olmaq istəyirəm ki, o formada bədən qurluşunda Azərbaycanda müğənni olmasın. Hətta Azərbaycandan kənara çıxanda belə bir iddianı qorumaq istəyirəm. Ən xırda qüsur belə istəmirəm olsun.

- Axı hər gözəlin bir eybi olur, deyirlər...

- Amma mən eyibsiz olmaq istəyirəm. Kompleksizəm. Əsas hədəfim efirdir. Kök görünmək istəmirəm. İstədiyim geyimi geyinə bilməliyəm.

- Kompleksin nədir?

- Düzünü deyim ki, heç bir kompleksim yoxdur. Ana olandan sonra 27 kilo kökəlmişdim. Kənardan özümə baxa bilmirdim. 6 aya əvvəlki normal çəkimə qayıda bildim.

- Şou-biznesdə sənin dediyin kimi ideal, tam qüsursuz bədənə sahib müğənni var?

- Yoxdur! Arıq qalmağa tam nail ola bilən Röyadır. Həmişə ona baxanda fikirləşmişəm ki, neçə ac qala bilir? Bu xanıma həmişə həsəd aparmışam. Günlərlə bir tikənin üstündə qalırdı. Yemirdi heç nə. Sonradan onun kimi oldum məndə. Gülay da arıqdı. Onlar kökəlməyə meyillidirlər. Axşama kimi yeyib yatsalar, indiki kimi arıq olmazlar.

- Bir vaxtlar Röya ilə bir sıra layihələr həyata keçirdiniz. Amma sonralar aranızdakı soyuqluq gözdən qaçmadı. İndi necəsiniz?

- Bir müddət ortaq olmayan işlərimiz bizi ayırdı. Heç vaxt eləyib, bir araya gələ bilmirdik.

- Amma küsülülük uzun çəkdi...

- Arada görüşəndə özünə də deyirəm ki, kənardan baxanlar deyirlər ki, münasibətləriniz soyuyub. Bir ara Türkiyəyə yaradıcılıqla bağlı çox getdi. Zaman tapıb görüşə bilmirdik.

- Röyanın xarakteri həlim oldğuğu qədər sərtdi. Sevdiyi insanı bir dəqiqədə göyə də qaldırar, yerə də çırpar. Sizinlə necədir?

- Əvvəllər əsəbiləşəndə pis olurdum. Amma sonradan xarakterinə alışdım. Konkret mənə qarşı sərtlik göstərməyib. Dəstək olmağa çalışıb.

- Röya qədər məhşur olmağı arzulamısan?

- Heç ağlımdan keçməyib. Röya ilə rəqabət düşünməmişəm. Bu da yəqin səmimiyyətimizdən irəli gəlib. Başqa müğənnilərlə düşünmüşəm, xüsusilə də əcnəbilərlə.

- Əcnəbilərdən kimlərlə?

- Hadisə, Gülşən, Murat Boz kimi müğənnilərlə.

- Bizdə elə bir məşhur var ki, sahibləndiyi yerə layiq deyil?

- Yerində olmayan müğənni səhnədə çox qala bilməyib. Gəldiyi kimi gediblər. Kim zirvədə qalmağı bacarırsa, deməli bunu zəhməti ilə qazanıb.

- Gündəmdə qalmağı bacaran müğənnilərdənsən. Daima mahnılar, kliplər yenilənir. Maddi və mənəvi gücün çatmayan planların var?

- Əslində işlərimin daha bahalısını eləmək istəmişəm. Amma maddi tərəfdən ayağımı yorğanıma görə uzadıram. İmkanı yetərincə olan müğənnilərə həsəd aparıram. Özüm özümə deyirəm ki, filan müğənninin pulu məndə olsaydı, onun etdiyi işin yerinə başqa bir yenilik edərdim. Fantaziyalar qururam.

- Bunu özlərinə deyə bilirsiniz?

- Əlbəttə, ərkim çatana deyirəm.

- Münasibət necə olub?

- Deyib “yox, mən utanıram, səhnədə oynaya bilmərəm və s”. Söhbət rəqsdən gedir. Bu və digər şəkildə ideyalarım var. Hələki büdcəmə uyğun işlər həyata keçirməyə çalışıram.

- İdeal bədən quruluşuna sahib olanda bunu rəqslərinlə göstərəcəksən?

- Konsert layihələrim var. Mənim ideal çəkidə olmağıma 4-5 ay qalıb. Əlbəttə səhnədə başqa cür geyinəcəyəm, rəqslər və maraqlı işlər olacaq. Özümü insanlara ideal formada təqdim edəcəyəm.

- Açıq fotosessiyalarını nə zamansa təkrarlayarsan?

- Rusun sözü olmasın, heç vaxt heç vaxt demə. Sabah həyatımda hansı dəyişiklik olacağını indidən proqnoz edə bilmərəm. Mən müğənniyəm, hər şey gözləmək olar (gülür).

- Övladını mediadan gizlətmədin. Amma atası haqqında danışmaq istəmədin.

- Evdə belə qərara gəldik ki, ailəni sənətə qatmayım. Uşağın fotosunu daha çox mənə məxsus sosial səhifədə paylaşıram.

- Bu cür seçim şəxsi həyatın haqqında dedi-qodulara yol açır.

- Mənə kənardan deyilən sözlər yox, ailəmin seçimi maraqlı olub. Kim maraqlanırsa, cavabsız qoyuram. Özüm də ailəmi sənətimə qarışdırmaq istəmədim.

- Başqa məhdudiyyətləri də var?

- Yox. Bir-birimizi yaxşı başa düşürük, güzəştə getməyi bacarırıq. Əsas odur ki, mənə dəyər verir. Hörmət eləyir, etibar edir. Münasibətlərimiz qarşılıqlıdı.

- Uşağa gün ərzində nə qədər vaxt ayırırsız?

- Gecələr yuxusuz oluram. Səhər saatlarında vaxt ayıra bilirəm. Sonra iş həyatı başlayır. Həm ailənin, həm işimin öhdəsindən gəlməyə çalışıram.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm