Mikayıl onu savadsız sayan aparıcıların cavabını verdi
Bizi izləyin

Tabloid.az

Mikayıl onu savadsız sayan aparıcıların cavabını verdi

Tabloid.az-a eksklüziv açıqlama verən aparıcı bəzi həmkarının fikirlərindən narahat olduğunu və onu savadsız adlandıranların cavabını verib.

Həm “Space” telekanalının, həm də ölkənin ən reytinqli verilişlərindən biri olan “Sevimli şou”nun layihə rəhbəri və aparıcısı Mikayıl Güləddinoğlu həmkarlarından gileylənib. Tabloid.az-a eksklüziv açıqlama verən aparıcı bəzi həmkarının fikirlərindən narahat olduğunu və onu savadsız adlandıranların cavabını verib.

“Eşidirəm ki, həmkarlarım mənim arxamca danışırlar. Hətta olub ki, həmkarlarıma zəng edərək mənim haqqımda fikirlərini mobil telefonda mənə eşitdiriblər. Anlamıram ki, mən həmkarlarıma nə etmişəm. Əgər həmkarlarım məni savadsız sayırsa, deyim ki, mən İncəsənət və Mədəniyyət universitetini bitirmişəm. Tək bakalavr yox, magistr təhsilim də var. Mən tam ali təhsilliyəm. Bundan əlavə mənim musiqi təhsilim də var. Məni bütün tarzənlər tanıyırlar. Möhlət Müslümovdan tutmuş hər biri məni tanıyır. Musiqi məktəbində mənim müəllimin Fikrət Manafov olub. Mən musiqi məktəbini 5 qiymətlə bitirmişəm. Universitetdə dramaturgiyadan təhsil almışam. Aydın Dadaşov, Natiq Rəsulzadə mənim müəllimlərim olublar. “Sevimli şou”da dünya ədəbiyyatından, tarixdən danışıb savadımı nümayiş etdirməyim düzgün deyil”

Mikayıl Güləddinoğlu onun savadına şübhə edənləri bilik yarışına da dəvət edib: “Savadıma şübhə edənlər gəlsinlər orta əsr, müasir tarixdən, ən yeni tarixdən danışaq. Həmkarlarımın mənim haqqımda dedikləri məni narahat edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm