• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rihanna məşhur moda evinin kreativ direktoru təyin olundu - Fotolar

Rihanna məşhur moda evinin kreativ direktoru təyin olundu - Fotolar

Alman brendi “Puma” məşhur ulduz Rihannanı yeni kreativ direktoru təyin edib. Ulduz dünən şirkətin rəhbərləri ilk görüşü üçün Хerçoqenauraya uçub. Burada marka təmsilçiləri Almaniyada onunla çoxillik müqavilə imzalayıb. Ulduz fitnes və məşqlər üçün qadın kolleksiyası ilə məşğul olacaq. Tabloid.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, şirkətin müasir formada təqdim olunan klassik dizaynından cavabdeh olacaq.

Rihanna bu marka ilə əməkdaşlıqdan böyük məmnunluğunu dilə gətirib və bildirib ki, istər ayaqqabı olsun, istərsə də geyim fərqi yoxdur, "Puma"nın klassik cəhətlərini əsas götürərək onları müasirləşdirmək istəyir:

"Mən bu geyimlərə öz cavanlıq ruhumu qatmaq və öz üslubumda yaratmaq istəyirəm".

Yeri gəkmişkən, bu, ifaçının geyim istehsalçıları ilə ilk əməkdaşlığı deyil. O, daha əvvəl "River Island" və "MAC"-la çalışıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR