• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nəvəsi yaşında sevgililəri olan Ali Ağaoğlu

Nəvəsi yaşında sevgililəri olan Ali Ağaoğlu

O, Türkiyənin ən zəngin iş adamlarından biridir. Söhbət onlarla lüks evi, qarajındakı milyon dollarlıq avtomobilləri və nəvəsi yaşındakı sevgililəri ilə daim gündəmdə olan Ali Ağaoğlundan gedir.

İş adamı deyəndə gözümüzün önündə canlanan o ciddi obrazdan tamamilə fərqlənən Ali Ağaoğlu gülməyi, əylənməyi və pul xərcləməyi sevən insandır. Ancaq özünü xalqa yaxın hiss etdiyini deyir. Onun üçün ən yaxşı günorta yeməyi inşaatda fəhlələrlə yediyi pomidor və pendir çörəkdir.

Məşhur iş adamı Türkiyə mətbuatına yeni müsahibə verib. Ali Ağaoğlu ilə bağlı maraqlı faktların davamını tabloid.az -ın “Şirin söhbət” layihəsində oxuyacaqsınız.

- Bir az uşaqlıq xatirələrinizdən danışın. Uşaqlığınız nəcə keçib?

- Atam özümə nümunə götürdüyüm çox müvəffəqiyyətli bir iş adamı olub. Həm inşaatçı, həm tacir, həm də sənayeçi idi. İbtidai məktəbdən bəri həmişə işin içində olmağıma çalışıb. Ticarətlə bağlı hər şeyi atamdan öyrənmişəm. Mənə qoyduğu ən böyük miras işi öyrətməsi olub. Çünki bitməyən, tükənməyən sərvət yoxdur. Ancaq işi görə bilmək qabilliyəti heç vaxt itmir. Atam mənə o qabiliyyəti qazandırıb. Buna görə də onu rəhmətlə xatırlayıram. Çox zəngin idik. Liseydə oxuyanda altımda ən son model avtomobillər olurdu. 1954-cü ildə doğulmuşam, 22 yaşındayam (gülürük) bu günə qədər heç kim "Ağaoğlu belə dedi, amma elə etdi" deməyib. Çünki atamdan məsuliyyətli olmağı öyrənmişəm. Belə bir söz var ki, “pulu itir, etibarı itirmə”. Həqiqətən də elədir. Güvən və etibar asan qazanılmır, amma çox asan itirilir.

- Siz insanların simpatik hesab etdikləri tək-tük iş adamlarındansınız. Bunu nəyə borclusunuz?

- Küçəyə çıxıb mənimlə fotoşəkil çəkdirmək istəyənlərdən 50 dollar pul alsam, bundan da zəngin olardım (Gülür). Qucaqlaşmağı haram sayan qadınlar belə mənimlə qucaqlaşıb şəkil çəkdirirlər, əri şəklimizi çəkir. Çünki çox səmimiyəm və insanlar mənə güvənirlər.

- Axırıncı dəfə nə vaxt həqiqətən aşiq olmusunuz?

- Hər gün yenidən aşiq oluram.

- Yaşadığınız eşq macəralarının mətbuatda işıqlandırılması Sizi narahat edir?

- Mən şəffaflığı sevən adamam, nəyim var, nəyim yox, hər şey ortadadır. Mən qadına dəyər verirəm, tək gecəlik əlaqələrim olmayıb. Əgər məşhur bir məkana gedirsənsə, yazılmağı, çəkilməyi gözə almalısan. Əgər qəzetlərdə xəbərlərinin çıxmağını istəmirsənsə, elə yerlərə getməməlisən. Mən narahat olmadığım üçün gedirəm. Sevgilim var, onunla yemək yeməyə gedirəm. Bunu niyə gizli şəkildə etməliyəm ki?

- Gənc qadınlarla yaşadığınız əlaqələrlə gündəmə gəlirsiniz. 60 yaşındasınız, amma gördüyüm qədəriylə özünüzü çox gənc hiss edirsiniz. Yaşıdınız olan bir qadınla sevgi yaşamaq sizin üçün qeyri-mümkündür?

- Əntiq şeyləri sevmirəm. Amma tarixə hörmətim var. Mən yeni və gənc sevirəm.

(Bu zaman gənc sevgilisi Hazal Mesudiyəlini işarə edir. Hazal xanım halından məmnun şəkildə kresloda oturub. Arabir siqaret çəkir və söhbətimizi dinləyir. Bu xanım məndə daha çox siqaret çəkmək və azad olmaq üçün evdən qaçıb dostlarının yanına gedən kiçik qız təəssüratı yaradır (jurnalistin qeydi - red).

- Deyilənlərə görə, hər sevgilinizə bir ev alırsınız...

- Bəli, hər kəs məmnundur.

- Heç sevib qarşılıq görmədiyiniz xanım olub?

- Qarşılıqsız eşq ağrısı çəkməmişəm. Aşiq olmuşam, amma küncdə ehtiyat oyunçu kimi qalmamışam. Qadınlar təkcə zəngin kişi axtarmırlar. Mən şənəm, zarafatcılam, xarizmatikəm.

- Qadınlar daha nələr istəyirlər?

- Mənim tək gecəlik əlaqələrim, gizli işlərim yoxdur. Mənə eşqbaz deyirlər. Elə olsam, minlərlə qadınla birlikdə olardım. Oturub söhbət edəndə zövq ala bilmədiyim qadınla birlikdə olmuram. Bir çox adam pul qarşılığında bir gecə yatıb qalxır, heç kim eşitmir. Mən eşqbaz olduğumu qəbul etmirəm. Hamı kimi mənim də sevgililərim olur. Bu da normaldır.

- Necə qadınlar xoşunuza gəlir?

-Təbii ki, fiziki gözəllik önəmlidir. Bir qadın özünü inkişaf etdirməlidir, söhbət edəndə ürəyim sıxılmamalıdır.

- Qadınlar, yoxsa avtomobillər?

- Qadınlar müqəddəsdir. Ancaq yaxşı maşınlara minməyi sevdiyim üçün avtomobillərin də yeri ayrıdır.

Qadınlar olmasa həyat çox mənasız olardı. Qadınsız bir həyat düşünə bilmərəm. Hər şeydən əvvəl analarımız var. Analar olmasa, sən olmazsan, mən olmaram. Qadın olmasa… (səssizlik) nəysə o mövzulara çox toxunmayaq (Gülür). Allah yaxşı ki, onları yaradıb, yaxşı ki, vardırlar. Dediyim kimi çox hobbim yoxdur. Ən çox zövq aldığım iş avtomobil sürməkdir. Sürücüm var, amma maşının arxa oturacağında oturur.

- Neçə avtomobiliniz olanda artıq “bəsdir” deyəcəksiniz?

- Bunun limiti yoxdur. Bəyəndiyim bir avtomobil olanda alıram. Qarajımda elektriklə işləyən maşınlar da var, tamamilə taxtadan hazırlanmış xüsusi avtomobillər də. Bəziləri tikintiyə "Jeep"lə getməyə çəkinirlər ki, birdən altını vuraram, əzilər. Mən isə “Rolls Royce”la tikintiləri gəzirəm. Madam ki, o qədər pul verib almışam, deməli onda sürüb dadını çıxarmalıyam.

- Ali Ağaoğlundan ikinci əl avtomobil almaq olarmı?

- Almaq olmaz, çünki mən mindiyim maşına diqqət göstərmirəm, pis vəziyyətə düşür.

- Yaraşıqlı olmaq, yoxsa zəngin olmaq önəmlidir?

- Heç biri. Əsas xarizmadır.

- Bu günə qədər birdəfəyə ən çox nə qədər hesab ödəmisiniz?

- Ən çox 100 min lirə ödəmişəm.

- Pul həqiqətən də xoşbəxtlik gətirir? Sizcə həyatda pulla almaq mümkün olmayan nəsə var?

- Pul yalnız bir vasitədir. Rəhmətlik atamın bir sözü var: "Pulu ayağının altına atsan, səni yüksəldər. Başının üstünə qoysan səni alçaldar".

O da yalan deyil ki, pul həyatı keyfiyyətli yaşamağı təmin edir.

- Bu malikanə deyəsən ən sadə dekorasiya edilmiş evinizdir.

- Bəli, elədir. Ataşehirdə bir ev hazırlatmışam. Ərəb bir qonağımı gəzdirdim heyran qaldı. Kremlin sarayından daha ehtişamlıdır.

- Zəngin insanlar sizə ev sifariş edirlər?

- Mən ancaq böyük işlərlə məşğul oluram. Məsələn, 50-60 milyard dollarlıq layihələr işləyirəm.

- Ən çox nəyə pul xərcləyirsiniz?

- Ən çox avtomobillərə və paltara pul xərcləyərəm. Gözəl geyinməyi sevirəm.

- Bir film ulduzundan daha məşhursunuz.

- Məşhur olub olmamaq mənim üçün maraqlı deyil. Mən olduğum kimi görünürəm.

- Pul sizin üçün nə ifadə edir?

- Nə vaxt atamla sözüm çəp gəldi və mən işdən ayrılmalı oldum, onda pulsuzluğun nə demək olduğunu anladım. Cibimdə heç simit almağa da pulum yox idi. Atama özümü isbat etmək üçün pul qazanmaq istədim, bankdan kredit götürüb torpaq alıb satmağa çalışacaqdım. Amma atam onun yanına qayıdım deyə bankların mənə kredit verməsinə maneə törədirdi. Amma mən yenə də qısa müddətdə pul qazandım. Ondan sonra həyatdakı düsturumu da müəyyənləşdirdim. İşini yaxşı görsən, müvəffəqiyyətin arxasınca pul onsuz da gələcək. İndi isə düşünürəm ki, bəlkə də atam məni bu qədər çətinə salmasaydı, bu yerlərə gələ bilməzdim. Bir atanın ən çox qürur duyacağı şey oğlunun özünü keçməsidir.

- Həyatda ən çox nəyə dəyər verirsiniz?

- Uşaqlarıma, ölkəmə və işimə.

- Ən böyük uğursuzluğunuz?

- Mənim elə böyük peşmanlıqlarım yoxdur. Həyatdakı tək səhvim qızlar üzündən məktəbdə siqaretə başlamağımdır. O zamanlar siqaret çəkəndə böyük oğlan hesab olunurduq, qızlar siqaret çəkənləri daha çox bəyənirdilər.

- Kitab oxumağa vaxt tapa bilirsiniz?

- Kitab oxumaq lazımdır. Rəhmətlik Sakıp Sabancının, Vehbi Koçun həyatından bəhs edən kitablar oxumuşam. Açıq danışım, mən də vaxt tapa bilmirəm, amma gənclər mütləq oxumalıdırlar. Hazırda 22 yaşım var, 40 yaşım olsun bioqrafiya yazdıracağam (Gülür).

- Bürcünüz nədir?

- Balıqlar bürcü.

- Ooo deməli romantiksiniz.

- Odun kimi görünürəm, əslində isə romantikəm.

- Ali Ağaoğlu ağlayırmı?

- Təbii ki, ağlayaram, bu insana xas duyğudur.

- Çox dostunuz var?

- Bəli. Çünki mən hamı ilə yola gedən insanam. Türk insanının çox böyük üstünlükləri var, amma ən böyük əskiyimiz müvəffəqiyyəti qısqanmağımızdır. Bəlkə məni də qısqananlar ola bilər, amma düşmənimin olmadığına əminəm.

- Hirslənəndə sakitləşmək üçün nə edirsiniz?

- Tipik Qaradəniz insanıyam. Bir anda coşuram. Tez əsəbiləşirəm,a mma iki dəqiqə sonra da sakitləşirəm. Hirsimi içimə atmıram. Düşündüklərimi həmin andaca qarşı tərəfin üzünə birbaşa söyləyərəm.

- İşləriniz çoxdur, qohum-əqrəba ilə görüşə bilirsinizmi?

- Görüşə bilmirəm. Amma bunun da həllinin tapmışam. İldə bir dəfə Uludağdakı 900 yataq tutumlu oteli 3 günlüyünə qohumlarıma ayırıram. Türkiyənin dörd bir tərəfinə köç etmiş Ağaoğlu soyadını daşıyan bütün qohumlarımı avtobuslarla Uludağa gətizdirirəm. Burada 3 gün 3 gecə vur çatlasın, çal oynasın əyləncəsi təşkil edirəm. Volkan Konak, Davud Güloğlu kimi Qaradəniz mənşəli sənətçilər də əyləncədə iştirak edirlər. Bu qonaqlıq zamanı mübahisə etmiş qohumlar barışdırılır, iqtisadi vəziyyəti yaxşı olmayanlara kömək edilir.

Evlənən qızların soyadı dəyişdiyi üçün bu qonaqlığa onları dəvət etmirəm. 500-dən çox qohum uşağına təhsil təqaüdü veririəm.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR