Ukraynalı müğənnilər Rusiyada sıxışdırılır
Bizi izləyin

Tabloid.az

Ukraynalı müğənnilər Rusiyada sıxışdırılır

Rusiya şou-biznesində at oynadan bir sıra Ukrayna müğənniləri korporativ məclislərin qara siyahısına düşüb.

Rusiya şou-biznesində at oynadan bir sıra Ukrayna müğənniləri korporativ məclislərin qara siyahısına düşüb. Qara siyahıda Ani Lorakın, Verka Serdüçkanın, Svetlana Lobodanın, İvan Dornın və bir sıra digər məşhurların adları var. Buna səbəb isə Rusiyada yaşanan inflyasiyaya baxmayaraq, onların məclis qiymətlərini ucuzlaşdırmaması olub.

Rusiya korporativ məclislərində məşhur olan ukraynalı müğənniləri artıq belə məclislərdə görmək deyəsən mümkün olmayacaq. Müğənnilərin heç biri Yeni il şənliklərinə dəvət olunmayıb.

Ukraynalı müğənnilərlə yanaşı elə rusiyalı məşhurlar da yaşanan böhrandan zərər çəkib. Sifarişçilər daha çox bahalı müğənnilərdən imtina etmək məcburiyyətində qalıblar. Onların sırasında İrina Alleqrova (100 min avro), Anna Netrebko (700 min avro), Stas Mixaylov ( 150 min avro), Filipp Kirkorov (150 min avro), Qriqoriy Leps (100 min avro), Valeriy Meladze (70 min avro) və digər tanınmışlar var.

Bəzi müğənnilər isə korporativ məclisdən geri qalmasın deyə qonorarlarını minimuma endirmək məcburiyyətində qalıblar. Məsələn, gürcü əsilli Valeriy Meladze qonorarını 70 min avrodan 20 min avroya endirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm