• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanın ən yaraşıqlı modelinin fotoları

Azərbaycanın ən yaraşıqlı modelinin fotoları

Azərbaycanın ən yaraşıqlı kişisi, model Rüstəm Cəbrayılov Bakıdadır. Yaraşıqlı model bu gün Heydər Əliyev adına hava Limanından özünü “Facebook”da “chek in” edərək, ingilis dilində “çox xoşbəxtəm” qeydini yazıb.

Yeri gəlmişkən, Rüstəm Yeni ili Bakıda qarşılamağı planlaşdırır. Evli olan yaraşıqlı model hava limanında çəkdirib, sosial şəbəkələrdə paylaşdığı fotolarında tək olub. Ötən il Bakıya gəlib, bir aydan çox burada qalan model onda da həyat yoldaşını özü ilə vətəninə gəriməmişdi.

Qeyd edək ki, Rüstəm Cəbrayılov həyat yoldaşını hər kəsdən ciddi cəhdlə gizlədir. O, bunun səbəbini şəxsi həyatı ilə gündəmə gəlməyi sevməməklə əlaqələndirir.

Model hətta müsahibələrindən birində “istəmirəm şəxsi həyatımdan danışım. Bilirəm insanlara mənim özəl həyatım maraqlıdır, amma inanıram ki, məni başa düşərlər- deyə bildirmişdi.

Əldə etdiyimiz məlumata görə, “Best Model of Azerbaijan”nın 2006-2007-ci illər və “Best Model of the World” yarışmasının 2007-ci il qalibi olan Rüstəm Cəbrayılovun xanımı əslən gürcüdür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR