Üzdəki ləkələri aparan ən yaxşı 10 krem - Fotolar
Bizi izləyin

Tabloid.az

Üzdəki ləkələri aparan ən yaxşı 10 krem - Fotolar

Üzdəki ləkələrdən xilas olun

Qadınlar dəridəki ləkələrdən xilas olmaq üçün müxtəlif üsullara müraciət edirlər. Kimi təbii maskalardan istifadə edir, kimi də bahalı proseduralar etdirir. Ancaq kosmetika məhsulları satan mağazalarda tapa biləcəyiniz ləkə aparan kremlər də köməyinizə gələ bilərlər.

Tabloid.az xarici mətbuata istinadən üzdəki ləkələri aparan ən yaxşı 10 kremi təqdim edir:

Əvvəlcədən qeyd edək ki, bu məhsulların əksəriyyəti dərini ağardır və günəşin zərərlərini, dəri ləkələrini və yara izlərini azaldır.

Bioderma White Objective Active Cream

Bu məhsul dəri rəngini tarazlayır, tərkibindəki C vitamini, B3 vitamini sayəsində dəriyə nəm qazandırır. Təmiz dəriyə hər gün tətbiq edə biləcəyiniz krem ətirsiz olduğu üçün həssas dərililər üçün də idealdır.

Lancome Bright Expert Dark Spot Corrector

Dörd həftəlik istifadədən sonra qadınların 78.8 faizi dərilərindəki tünd ləkələrin azaldığını, 82.3 faizi isə dəri rənginin tarazlığının təmin olunduğunu bildiriblər. Məhsulun gel formasında olması onun tətbiqini asanlaşdırır. Tərkibindəki antioksidant xüsusiyyətli turşu və dəri ağardıcı arbutin maddəsi günəş ləkələrini azaldır.

Estee Lauder Cyberwhite HD Advanced Spot Correcting Essence Serum

Dəriyə təravət qazandırır. Tərkibindəki C vitaminiə dərinin rəngini yaxşılaşdırır. Eyni vaxtda dəriyə nəm verərək körpə yumşaqlığı bəxş edir. Bu zərdabdan gündə iki dəfə, səhər və axşam istifadə etmək lazımdır.

Dermalogica Extreme C

Tərkibində C və B3 vitamini, ağ çay, yosun var. Dərinin rəngini açır, antioksidant xüsusiyyəti ilə dərinin keyfiyyətini yaxşılaşdırır. Bu məhsulu bütün dəriyə tətbiq edə biləcəyiniz kimi, sadəcə ləkələrin olduğu bölgələrə də çəkmək mümkündür.

Bütün üzə çəkmək istədikdə nəmləndirici kremlə qarışdırıb çəkmək lazımdır.

Clinique Even Better Clinical Dark Spot Corrector

12 həftədə tünd ləkələri 58 faiz azaltdığı deyilən bu zərdab istifadədən 4 həftədən sonra dərini 1-2 ton açır. Bu məhsulun da tərkibində C və B3 vitaminləri var.

Ren Radiance Perfecting Serum

Davamlı olaraq istifadə etdikdə günəş şüalarından qaynaqlanan ləkələri azaldır. Zərdabın tərkibində olan portağal çiçəyi suyu, ginqsenq və limon dəriyə enerji və nəm qazandırır.

Murad Post-Acne Spot Lightening Gel

Bu məhsul sızanaq ləkələrindən əziyyət çəkənlər üçün nəzərdə tutulub. Həmçinin çillərə qarşı da təsirlidir. Çay yaprağı və söyüd qabığı dəri ləkələrini aradan qaldırır və dərini sakitləşdirir.Hər axşam təmiz dəriyə çəkmək lazımdır.

Philosophy Miracle Worker Dark Spot Corrector

Tünd ləkələr, sızanaq izlərini yox edir, dərinin rəngini yaxşılaşdırır. Tərkibində olan yaşıl çay və E vitamini sayəsində dərinin elastikliyini artırır. Çillərin əmələ gəlməsinin qarşısını alır. Bu məhsulun üstünlüyü korrektor olmasındadır. Yəni çəkildiyi anda ləkələri gizlədir.

Chantecaille Vital Essence with Arbutin

Dərini günəşin yaşlandıran təsirlərindən qoruyur. Zərdabın tərkibində dərinin rəngini açan arbutin və C vitamini var. Bu məhsul dərinizi ultrabənövşəyi şüalardan, stress və ətraf mühitin çirklənməsinin təsirlərindən qalxan kimi müdafiə edir. Bu zərdabın üstünlüyü göz və göz ətrafına da tətbiq edilə bilməsidir.

Sisley Phyto-Blanc Clearing Essence with Vitamin C

Dəriyə təravət verib tünd rəngli ləkələri aradan qaldıran ən güclü kremlərdən birini də “Sisley” firması istehsal edir. Bütün dəri tipləri üçün uyğun olan bu krem davamlı olaraq istifadə edildikdə təsirini 1 ay içərisində təsir göstərir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm