Azəri qızı Günel nişanlısı ilə barışdı - Foto
Bizi izləyin

Tabloid.az

Azəri qızı Günel nişanlısı ilə barışdı - Foto

Ayrılma səbəbləri barədə bu günə qədər susan Günel yenidən İnanc bəylə bir yerdədir.

Azəri qızı Günel təxminən bir ay əvvəl nişanlısı İnanc Başəyməzdən ayrılması xəbəri ilə gündəmi zəbt etmişdi. Hər kəsin toy tarixinin açıqlanmasını gözlədiyi bir ərəfədə müğənni sevənlərini pərişan etdi.

Amma deyəsən, hər şey biz düşündüyümüz qədər pis deyil. Ayrılma səbəbləri barədə bu günə qədər susan Günel yenidən İnanc bəylə bir yerdədir.

Bunu sübut edən fakt isə, "Kobra-Pərviz" ləqəbi ilə tanınan 4 qat dünya çempionu, Azərbaycanlı kikboksçu Pərviz Abdullayevin bir neçə gün öncə sosial şəbəkədə paylaşdığı fotoda Günel və eks nişanlısının yanaşı əyləşməsidir. Fotodan görünür ki, Günelin qardaşı, müğənni Tunar da onlarla bir yerdədir.

Kifayət qədər mehriban görünən Günel və İnanc deyəsən yenidən birlikdədir. Bu xəbər bizim kimi, onu sevən hər kəsi yalnız sevindirə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm