Qış aylarında sürətlə arıqladan qidaların siyahısı
Bizi izləyin

Tabloid.az

Qış aylarında sürətlə arıqladan qidaların siyahısı

Qış aylarında sürətlə arıqladan qidaların siyahısı

Qış aylarında çoxumuz meyvə-tərəvəzdən uzaqlaşıb şirniyyat, un məmulatlarına və xəmir xörəklərinə daha çox üstünlük veririk. Bu isə piylənməyə və kökəlməyə səbəb olur. Bəs bayramın yaxınlaşdığı bu ərəfədə sağlam qidalanaraq arıqlamaq üçün nə edə bilərik? Tabloid.az Rusiya mətbuatına istinadən qış aylarında artıq çəkidən xilas edən qidaların siyahısını edir:

Narıncı meyvələr və C vitamini

Qışda ən çox istifadə edilən meyvələr portağal, mandarin, qreypfrutdur. Bu meyvələr A və C vitaminləri ilə zəngindirlər. Həm də tərkibindəki turşular piyləri əritmək üçün çox effektlidir.

Balqabaq

Bu tərəvəzdən istər şorba, istər plov, istər qızartması, istərsə də şirniyyat kimi istifadə etmək olar. A, B və C vitamini ilə bol olan balqabaq omeqa-3 turşuları ilə də zəngindir. Bitmək-tükənmək bilməyən faydalarından əlavə liflə zəngin olduğu üçün toxluq hissi aşılayır, həzm sistemini yaxşılaşdırır.

Kələm

A, C, K, B vitaminləri, fol turşusu ilə zəngindir. Turşusundan dolmasına qədər bir çox xəstəliklərlə mübarizə aparır. Bədəni zərərli maddələrdən təmizləyir.

Qarabaşaq yarması

Qarabaşaq dəmir, kalium, kalsium, fosfor, maqnezium, yod, sink, molibden, kobalt mineralları və B1, B2, B9, P, PP və E vitaminləri ilə zəngindir. Qida rasionunuza qarabaşağı əlavə etsəniz, dəriniz parlaq, əsəb sisteminiz sakit, ürəyiniz isə saat kimi işləyəcək. Dənli bitkiləri bişirmək üçün sadəcə, isti su ilə süzmək lazımdır.

Nar

B1, B2, C vitaminləri ilə zəngindir. Nar şirəsi soyuqdəymə zamanı immun sisteminin güclənməsinə kömək edir. Nar şirəsi ürəyə də xeyirlidir. Hər yeməkdən sonra 150 qram nar şirəsini su ilə qarışdırıb içməkdə xeyir var. Su ilə ona görə qarışdırılır ki, şirədə olan limon turşusu dişlərin emalını, mədəni korlamasın. Nar şirəsi qış aylarında sürətlə arıqlamağa kömək edən möcüzəli vasitədir.

Həyat mənbəyi su

Su içmək hər mövsümdə önəmlidir. Su bədəndəki toksinləri təmizləyir, mineralları həll edir, immuniteti gücləndirir. Gün ərzində 2,5 litr su içməyə çalışın.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm