Türkiyəyə can atan müğənnilərimiz - Video
Bizi izləyin

Tabloid.az

Türkiyəyə can atan müğənnilərimiz - Video

“O ses Türkiyə” yarışmasında bu il Azərbaycandan olan iştirakçı qalıb gəlsə təəccüblənməyin.

“O ses Türkiyə” yarışmasında bu il Azərbaycandan olan iştirakçı qalıb gəlsə təəccüblənməyin. Çünki, yarışmanın elə buraxılışı yoxdur ki, orada həmyerlilərimiz çıxış etməsin. İstər məşhur sima olsun, istərsə də yeni başlayan ifaçı.... Mahnı oxumağı bacaran hər kəs adı çəkilən yarışmada iştirak etməyə can atır.

Bu gecə yayımlanan seçim mərhələsində daha 2 azərbaycanlı iştirak edib. Onlardan bir Rusiyada yaşayan Məltəm Abbasova olub. Məltəm ifası ilə 4 münsifdən 3-nün diqqətini özünə çəkə bilib. 20 yaşlı ifaçı Ebru Gündeşi seçərək onun komandasında yer alıb.

Digər həmyerlimiz isə “Yeni Ulduz” müsabiqəsinin finalistlərindən biri olan Çinarə Məlikzadə olub. Çinarə Sezen Aksunun repertuarından mahnı ifa etməklə yalnız Hadisənin diqqətini çəkə bilib. Digər 3 münsif isə ona tərəf dönməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm