Bəlğəmgətirici faydalı bitkilər
Bizi izləyin

Tabloid.az

Bəlğəmgətirici faydalı bitkilər

Bəlğəmgətirici faydalı bitkilər

Havalar yaxşıca soyuduğu vaxtda xəstəliklər yaxamızdan əl çəkmir. Qızdırma, halsızlıq, öskürək, bir də bəlğəm ilə başımız bəla olub. Bəzi insanlar bəlğəmdən asanca xilas ola bildiyi halda, bəzi insanlar bəlğəmi xaric etməkdə çətinlik çəkirlər və heç cür xilas ola bilmirlər.

Bəlğəmin xaric olmasının ən əlverişli yollarından biri bol-bol su içməkdir. Əslində bəlğəm bədənimizdə yığılan və bizə heç bir faydası olmayan, əksinə, zərəri olan maddələrin boğaz ətrafında toplanmasıdır. Bu qatı maye konsistensiyasında olan bəlğəm öskürək ilə çölə atılır.

Əgər öskürə bilmirsinizsə və öskürərək bəlğəmdən qurtulmağı bacarmırsınızsa, bitkilərdən də kömək uma bilərsiniz. Tabloid.az bəlğəmi atmağınıza köməyi olan bitkilərin siyahısını təqdim edir:

Bəlğəmdən xilas olmağınıza kömək olacaq bitkilər: biyan kökü, zəncəfil, cökə və gicitkən otu kimi bitkilərdir.

Gicitkən otu ilə birlikdə bir qədər üzümü bir qabda qaynadın və soyuduqdan sonra yarım stəkan qədər için. Boğazınızın yumşalmasını təmin edəcək olan bu məhlul sayəsində bəlğəmin boğazınıza yapışma qüvvəti azalacaq.

Kəklikotu qarqara şəklində ağız boşluğunun və udlağın iltihabi xəstəliklərində tətbiq edilir. Bundan başqa, bəlğəmgətirici və antiseptik maddə kimi, bronxitdə, göyöskürək və eləcə də, mədə turşuluğunun azalması, köp, bağırsaqların atoniyası və spazmı ilə gedən mədə-bağırsaq xəstəliklərində təyin edilir.

Dolmuş ciyərlər və öskürək müalicəsi üçün ağla gələn ilk bitkilərdən biri olan nanə, eyni zamanda bulantı və əzələ ağrılarını da yüngülləşdirir. Nanə çayı içmək boğazı yumşaldıb, öskürəyi azaldır, nanə çayının buxarı isə ciyərlərin açılmasına, bəlğəmin xaric olunmasına kömək edir. Həmçinin qrip əlamətlərini yüngülləşdirmək üçün nanə yağı ilə sinə və boğaz bölgəsinə masaj edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm