Serenay Sarıkayanı əsəbiləşdirən xəbər
Bizi izləyin

Tabloid.az

Serenay Sarıkayanı əsəbiləşdirən xəbər

Cazibədar aktrisa Serenay Sarıkaya Arda Turanla adının hallanmasına sərt reaksiya verib

Cazibədar aktrisa Serenay Sarıkaya Arda Turanla adının hallanmasına sərt reaksiya verib. Aktrisa eşq dedi-qodularını “Twitter”də yazdığı statusla təkzib edib. Arda ilə eşq yaşadığı iddialarına çox əsəbiləşən Serenay Sarıkaya şəxsi həyatıyla əlaqədar danışmaq istəmədiyini bildirib:

"Mənimlə heç əlaqəsi olmayan bir mövzuda qəzetlərdən birində çıxan xəbərin bu gün hər yerdə ciddi qəbul edilməsi məni təəccübləndirir. Belə bir şey yoxdur.

İndiyə qədər şəxsi həyatımla əlaqədar danışmağı sevən bir insan olmamışam, olmaq da istəmirəm. Bu, mənim seçimimdir. Amma səssiz qalmağım hər yazılanı qəbul etdiyim mənasını verməməlidir. Hər kəsin daha diqqətli olmasını xahiş edirəm".

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm