Həyat yoldaşı Nigara nə hədiyyə aldı?
Bizi izləyin

Tabloid.az

Həyat yoldaşı Nigara nə hədiyyə aldı?

Bu gün məşhur vizajist, müğənni İradə İbrahimovanın bacısı Nigarın doğum günüdür.

Bu gün məşhur vizajist, müğənni İradə İbrahimovanın bacısı Nigarın doğum günüdür. Ana olmağına sayılı günlər qalan Nigar xanım hazırda həyat yoldaşı ilə birlikdə İstanbulda, bacısı İradənin yanındadır. Doğum gününü oradakı əzizləri ilə birlikdə qeyd edəcəyini Tabloid.az-a bildirən Nigar xanım bunları qeyd edib:

“Doğum günümü bacımın ailəsi və bir də dünyaya xoş gələcək balamızla qeyd edəcəyik. Bunun davamı Bakıda əzizlərim və iş yoldaşlarımla olacaq. İlk hədiyyəm həyat yoldaşım Ruslandan və İradənin balası İpəyimdən oldu. Ruslan bilir ki, zinət əşyası sevirəm. Komplekt alıb, çox bəyəndim. Gecədən bu yana 100-dən çox təbrik mesajı almışam”.

Söhbət əsnasında Nigar xanımın iş həyatını ikinci plana keçirmədiyini öyrəndik.

“Bu vəziyyətdə yeni salon dekoru seçirəm (gülür). Eyni zamanda 2015-ci il üçün yeni layihəmiz başlayır. Allah nəsib etsin, xanımları yeni işimlə sevindirəcəyəm” – deyə Nigar xanım bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm