Qadın gözəlliyini qoruyan meyvə
Bizi izləyin

Tabloid.az

Qadın gözəlliyini qoruyan meyvə

Bu dadlı və faydalı meyvə güclü müalicəvi təsirə malikdir. Heyva pektinlər, dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, PP, A, B1, B2, B6, C vitaminlərlə, beta-karotinlə zəngindir.

Bu dadlı və faydalı meyvə güclü müalicəvi təsirə malikdir. Heyva pektinlər, dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, PP, A, B1, B2, B6, C vitaminlərlə, beta-karotinlə zəngindir.

Heyvanı müalicəvi və profilaktik vasitə kimi skleroz, pankreatit, hipertoniya, anemiya və s. xəstəliklər zamanı istifadə etmək olar.

Heyva güclü sidikqovucu sayılır və bu səbəbdən müxtəlif sidik ifrazatı sistemi xəstəlikləri zamanı çox xeyirlidir.

Mədə-bağırsaq sistemində problemləri olan insanlar da bu meyvədən faydalana bilər. Mis və sellülozla zəngin olan heyva həzm prosesləri yaxşılaşdırır, qara ciyərin və öd çıxarıcı yollarının funksiyalarını yaxşılaşdırır, ishalla mübarizədə kömək edir.

Heyva dietik məhsuldur. Arıqlamaq məqsədi ilə tutulan pəhrizlər zamanı heyva çox uğurla istifadə oluna bilər.

Heyva şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün da faydalıdır.

Heyva antioksidant maddələrlə zəngindir ki, bu faydalı xüsusiyyət onu stres, depressiya zamanı, xərçəng hüceyrələrin əmələ gəlməsi ilə mübarizədə yaxşı köməkçi edir. Heyva orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır.

Heyvanın unikal antivirus xüsusiyyətləri onu qrip və soyuqdəymənin müalicəsi zamanı uğurla istifadə etməyə imkan verir. Bu halda heyva az miqdarda suda bişirilməli və su ilə birlikdə qəbul olunmalıdır.

Heyva dəmir mikroelementi ilə olduqca zəngindir. Bu səbəbdən heyva anemiya (qanazlığı) zamanı insana böyük kömək edə bilər. Uşaqlara heyva şirəsi və heyva kompotları vermək yaxşıdır.

Heyvanın daim qəbulu orqanizmdə "pis" xolesterinin azalmasına kömək edir.

Vitamin C ilə zəngin heyva immuniteti yaxşılaşdırır.

Heyva şirəsi iltihab əleyhinə və bəlhəmgətirici təsirinə malik olduğuna görə bronxit, bronxial astma, müxtəlif soyuqdəymələr və iltihablar zamanı uğurla istifadə oluna bilər.

Heyvanı kompot, mürəbbə, şirə, buğda və ya suda bişirilmiş şəkildə qəbul etmək daha yaxşıdır. Təzə heyva spesifik turş dada malikdir və çətinliklə həzm olunur (xüsusilə də böyük miqdarlarda). Lakin bir neçə təzə heyva dilimi insana yalnız xeyir gətirə bilər.

Heyva qədim zamanlardan kosmetologiyada istifadə olunur.Belə hesab olunurdu ki, heyva qadının cavanlığını və gözəlliyini qoruyur. Kosmetologiyada heyva şirəsi yağlı dərinin təmizlənməsi üçün və çillərlə mübarizədə istifadə olunur. Heyvanın təzə şirəsində pambıq diskini isladın və gündə bir neçə dəfə dərinizi silin. Bu sadə üsul dərinin yağlılığını azaldır, onu təmizləyir və daha hamar və parlaq edir.

Saçların yağlılığını azaldmaq üçün heyva yarpaqları və toxumları ilə olan dəmləmələr istifadə olunur. Təmiz saçları bu dəmləmə ilə hər gün yaxalayın. Bir müddətdən sonra saçlarınız daha sağlam və parıltılı görünəcək.

Qəbizlikdən əziyyət çəkən insanlar heyvanı yeməməlidir ki, o bağırsaqları "bərkidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm