İdmandan sonra bunu etmək olmaz
Bizi izləyin

Tabloid.az

İdmandan sonra bunu etmək olmaz

İdmandan sonra bunları yemək olmaz

İdeal bədən quruluşuna sahib olmaq və sağlam həyat tərzi üçün həftədə ən az 2 dəfə idman etməliyik. İdmandan maksimum yararlanmaq, sonra isə itirdiyiniz enerjini sağlam şəkildə yığmaq üçün düzgün qidalanmaq da vacibdir. Başqa sözlə, idmandan sonra qida qəbuluna ciddi fikir vermək lazımdır. Lakin idmanda itirdiyiniz kalorini dərhal geri qazanmaq və zəhmətinizin boşa getməsini istəmirsinizsə, bəzi qidalardan uzaq durmaq tələb olunur. Əks halda istədiyiniz bədən quruluşuna nail olmaq üçün çox əlləşməli olacaqsınız. Tabloid.az xəbər verir ki, mütəxəssislər idmandan sonra bu qidalardan uzaq durmağı tövsiyə edirlər:

İdmandan sonra çiy tərəvəzlərdən, qazlı içkilərdən, duzlu çipsilərdən, şirniyyatlardan uzaq durmaq məsləhətdir.

Çiy tərəvəzlər hər nə qədər sağlam qida olsa da, idman edəndə itirdiyiniz enerjini tam bərpa etmir. İtirilən enerjinin tam bərpası və bədən müqavimətinin düşməməsi üçün çiy tərəvəzləri zülallı məhsullarla əvəzləmək olar. Lakin zülalla zəngin qidalarla yedikdə həddi aşmaq olmaz.

Qazlı içkilərin maddələr mübadiləsini yavaşlatması və qanda şəkərin səviyyəsini qaldırması zərərli hesab olunur. Bunun yerinə mineral sular içmək olar.

Kartof çipsi çox cəlbedici və dadlı görünürsə də, tərkibində olan yüksək miqdarda duz, bədəndəki kalium səviyyəsinin azalmasına səbəb olur. Bu baxımdan çipslərin istehlakı məsləhət deyil.

Bəzi şirniyyatlar var ki, onları idmandan sonra qəbulu müxtəlif fəsadlara səbəb ola bilər. Şirniyyata olan ehtiyacı şokoladlı südlə əvəzləmək pis olmaz. Həm idmanda itirdiyiniz enerjini bədəninizə təmin edərsiniz, həm də kalsium ehtiyacınızı ödəyərsiniz.

Qarğıdalı yarmasını düzgün seçmək lazımdır. Bəzi markaların pəhrizə uyğun və məşqdən sonra üçün nəzərdə tutulan yarmalar istehsal etməsinə baxmayaraq, bəzi markalar əsl şəkər yaxud da duz anbarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm