Qarabaşağın faydaları
Bizi izləyin

Tabloid.az

Qarabaşağın faydaları

Qarabaşaq həm dadlı, həm də çox faydalı qidadır.

Qarabaşaq bitkisi əsasən dən məqsədi üçün becərilir, dəndən qiymətli və qidalı ərzaq hesab olunan qarabaşaq yarması alınır. Qarabaşaq yaxşı dad keyfiyyətinə, qidalılığına və yüksək dərəcədə həzm olunmasına görə fərqlənir. Qarabaşağın zülalı dənli-paxlalı bitkilərin zülalından geri qalmır. Dənin tərkibində orta hesabla 82% nişasta, 10% zülal, 3% yağ, 0,3% şəkər, 2% sellüloza vardır. Eyni zamanda 7,9% lizin, 12,7% arginin və s. amin turşuları var. Qarabaşaq dəninin tərkibindəki zülalın miqdarı onun becərilməsi şəraitindən asılı olaraq dəyişir. Havanın rütubəti və torpağın nəmliyi artdıqca zülalın miqdarı azalır və əksinə, nisbətən quru hava şəraitində isə artır. Qarabaşağın tərkibində olan zülal digər taxılların zülal tərkibindən fərqlənir.

Qarabaşaq həm dadlı, həm də çox faydalı qidadır. Digər yarmalarla müqayisədə məhz qarabaşaq yarmasının tərkibində çoxlu miqdarda zülal vardır. Karbohidratların az olmasına görə qarabaşaq pəhriz məhsulu sayılır və diabet xəstələrinə, arıqlamaq istəyənlərə və s. qrup insanlara uyğun gəlir.

Bundan əlavə, qarabaşaq vitamin və mikroelementlərlə zəngindir. Bu yarmada olan fol turşusu ürək və damarları möhkəmləndirir, qanın tərkibini yaxşılaşdırır. Bundan əlavə qarabaşaqda dəmir, kalsium, sink, fosfor, yod, mis və s. insan orqanizmi üçün çox vacib olan mikroelementlər vardır.

Qarabaşaq həmçinin B1, B2, B6, P vitaminləri ilə də zəngindir. Bu vitaminlər sinir və immun sisteminə çox müsbət təsir edir.

Digər yarmalar kimi qarabaşaq da sellüloz ilə zəngindir ki, mədə-bağırsaq sisteminin normal işləməsi üçün çox vacibdir, orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric edir.

Qarabaşaq xüsusən uşaqların qidalandırılmasında mühüm rol oynayır. Onun qəbulu uşaqların fiziki və əqli inkişafına çox müsbət təsir edir. Yaşlı insanların rasionunda da qarabaşaq mütləq olmalıdır. O, ateroskleroz və hipertoniya, artrit və s. xəstəlikləri zamanı orqanizmə böyük kömək edir.

Qarabaşaq kiseli

Bu kisel həm mədə-bağırsaq, həm də ürək-damar sistemi üçün çox xeyirlidir.

Qarabaşaq yarmasını qəhvəüyüdən maşınında üyüdün, alınmış undan 3 stol qaşığı götürüb 300 ml soyuq suda qarışdırın və qaynara düşəndən sonra qarışdıra-qarışdıra bir neçə dəqiqə ərzində bişirin.

Qadınlar arasında qarabaşaq pəhrizi məşhurdur. Bu faydalı pəhrizdən istifadə zamanı siz cəmi iki həftəyə 10 kiloqram arıqlaya biləcəksiniz. Lakin bu pəhrizi 2 həftədən artıq saxlamaq olmaz, bu sağlamlığınız ünün zərərli ola bilər. Pəhrizə baxmayaraq əgər siz hələdə istədiyiniz cəkini eldə etməmisinizsə mütləq bir ay fasilə verib sonra yenə saxlamaq lazımdır amma növbəti pəhrizi bir həftə saxlayırsınız.

Pəhrizdə istifadə edilən qarabaşağın hazırlanma qaydası belədir: Gecə 1 stəkan qarabaşağa 2 stəkan qaynar su əlavə edin. Səhərə kimi qarabaşaq suyu udur və şişir. Artıq suyu süzün. Duz, yağ əlavə etmək olmaz, bişirmək də olmaz. Çünki bişmiş qarabaşağın vitaminləri itir və onun orqanizmi təmizləyici xüsusiyyəti onun yumşalması ilə itir. Onu da deyim ki hamilələr, şəkər xəstələri və mədə-bağırsaq traktında xəstəlik olanlar bundan istifadə edə bilməzlər.

Bütün gün ərzində istədiyiniz porsiyada qarabaşaq yeyə bilərsiniz. Əlavə olaraq qatıqdan istifadə etmək olar. Qatıq 1 litrdən artıq olmaz, yatmağa 4-6 saat qalmış yemək olmaz. Amma istəsəniz 1 stəkan qatıq içə, 1-2 ədəd alma və portağal yemək olar.

Qeyd edək ki, bu pəhriz beyində qan dövranını azaldır. Bu da informasiya qəbul etməyə maneçilik yaradır. Ona görə də bir stəkan suya 1 çay qaşığı bal və bir dilim limon əlavə edin və için. Baldakı qlükoza bütünlüklə beyini qidalandırır. Səhərlər çay və qəhvəsiz qala bilməyənlər, çay və qəhvədən istifadə edə bilərlər, amma şəkərsiz .

Oxumağa davam et
Reklam
Reklam

Gündəm