Beli incəldən bəsit məşqlər - Videolar
Bizi izləyin

Tabloid.az

Beli incəldən bəsit məşqlər - Videolar

Beli incəldən bəsit məşqlər - Videolar

Bel və qarın bölgəsinin estetik görünüşü həm kişi, həm də qadın üçün olduqca əhəmiyyətlidir. Bel və qarın bölgəsində yaranan yağlanmalar, bu bölgədə çirkin bir görüntü yaradır. Həm də insanın ümumi sağlamlığını təhdid edir. Bu səbəbdən idman proqramlarında ümumi məşqlərlə birlikdə bu bölgəni hədəf alan məşqlərə də yer verməyimiz xeyrimizə olacaq. Özü də bu bölgəni hədəf alan sadə məşqlər də olduqca təsirlidir.

Bel ətrafında yaranan piylənmənin qarşısının alınması ilk növbədə sağlam qidalanma ilə başlayır. Hansı məşqi etsəniz də, əgər sağlam və balanslı qidalanmırsınızsa, nəticə almağınız olduqca çətinləşir. Bu səbəbdən ümumi məşqlərlə birlikdə sağlam qidalanma vərdişlərini birləşdirməyimiz lazımdır. Doymamış yağın ən az, ya da heç qəbul edilmədiyi halda, vitamin və minerallarının yetərli səviyyədə qəbul edildiyi müddətdə nəticə almağınızı asanlaşacaqdır.

Bu məşqləri tətbiq etməzdən əvvəl bəzi xəbərdarlıqları xatırlatmaq istərdik. Əvvəlcə idman fəaliyyətlərini yerinə yetirməyə mane olan hər hansı xəstəliyinizin olmamasından əmin olmağınız lazımdır. Əgər bu məsələdə bir şübhəniz varsa, həkimlə mütləq məsləhətləşməlisiniz. Digər diqqət etməyiniz lazım olan nöqtə də bu məşq və ya hər hansı bir məşq, icra edilməzdən əvvəl mütləq isinmə, dartınma və əsnəmə hərəkətlərinin yerinə yetirilməsidir. Bu hərəkətlər məşq zamanı yarana bilən burxulma kimi narahatlıqların qarşısını almağa yardım edəcək.

Bu yazıda isə tabloid.az evdə asanlıqla tətbiq etməyiniz üçün alətsiz və ya sadə alətlər tələb edən məşqləri bölüşəcəyik.

Bodyweight Squat: Evdə asan bir şəkildə tətbiq edilən bu idman növün detallarını aşağıdakı videoda görə bilərsiniz.

Childs Pose: Hər hansı bir avadanlıq istəməyən bu idman növünün detallarını növbəti videodan öyrənə bilərsiniz.

Sup Dead Bug: Avadanlıq tələb etməyən növbəti bu məşqi evdə asanlıqla tətbiq edə bilərsiniz.

Sup Pelvic Tilts: Detallarını aşağıdakı videoda görəcəyiniz bu məşqlər bel və qarın bölgəsini hədəf alır.

Upward Facing Dog: Bel və qarın bölgəsini hədəf alan başqa bir məşqdir.

Stability Ball Sit-ups: Pilates topu və seçimə bağlı olaraq yüklə birlikdə tətbiq olunan bu məşqlər bel və qarın bölgəsini hədəf alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm