Qadın beyni sevişməyə necə təhrik olur?
Bizi izləyin

Tabloid.az

Qadın beyni sevişməyə necə təhrik olur?

Aparılan araşdırmalar seks zamanı qadınların hansı bölgələrinə toxunulduqda daha çox zövq aldıqlarını ortaya çıxarıb

Aparılan araşdırmalar seks zamanı qadınların hansı bölgələrinə toxunulduqda daha çox zövq aldıqlarını ortaya çıxarıb. Məlum olub ki, hər qadının zövq duyğusu özünə xasdır. Yəni, hər qadın boyundan və ya sinədən öpüldükdə təhrik olmaya bilər. Qadın bədəninə zövq verən hər toxunuş beyində yeni il işıqlarını xatırladan bir effekt yaradaraq fərqli bölgələri xəbərdar edir.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırma zamanı xüsusi rentgen aparatından istifadə edilərək müxtəlif toxunuşlara qadın beyninin necə reaksiya verdiyi aydınlaşdırılıb. Araşdırmada könüllü şəkildə iştirak edən qadınların vagina, sinə ucları, klitor, əl və ayaq baş barmaqları kimi təhrikedici bölgələrə toxunularaq test edilib.

Elm adamları vagina ilə sinə ucları araşında əlaqə olduğunu bildirirlər. Sinəyə toxunduqda avtomatik olaraq vaginaya siqnal göndərilir.

Rentgen cihazı sayəsində məlum olub ki, qadınların ayaqları, vagina, klitor və boyun bölgəsinə toxunulduqda beyində bir-birindən fərqli bölgələr hərəkətə keçir.

Klitora toxunulduqda qadın beynində hərəkətə keçən bölgə kişilərin cinsiyyət orqanına toxunulduqda aktivləşən bölgə ilə üst-üstə düşür.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm