Tünzalə onu bəyənməyənlərin cavabını verdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Tünzalə onu bəyənməyənlərin cavabını verdi - Fotolar

Əməkdar artist Tünzalə Ağayeva görünüşündə dəyişiklik edib.

Əməkdar artist Tünzalə Ağayeva görünüşündə dəyişiklik edib. Müğənni qəhvəyi rəngli saçlarını qara rəngə boyatdırıb. Şəkillərini sosial şəbəkədə paylaşan müğənni heyranlarından birmənalı sözlər eşitməyib. Müğənninin yeni görünüşünü bəyənənlər və əlbəttə ki, bəyənməyənlər də tapılıb. Müğənni isə izləyicilərini cavabsız qoymayıb:

“Sevgili dostlar, yeni saçlarımla bağlı çoxlu fikir oxudum. Hamınıza minnətdaram. Əlbəttə ki, hər kəsin zövqünü oxşamaq mümkün deyil. Düşünürəm ki, önəmli olan özünüz haqqında olan təsəvvürünüzü içinizdən zahirinizə çıxartmaqdır. Özünüzü bir az fərqli, yeni görə bilməkdir, dəyişməyin sevincini yaşamaqdır...”

Tabloid.az əməkdar artist Tünzalə Ağayevanın yeni görünüşdə olan şəkillərini təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm