Abramoviçə Leonardo Di Kaprio ilə xəyanət etdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Abramoviçə Leonardo Di Kaprio ilə xəyanət etdi - Fotolar

Milyonçuya xəyanət edən gözəl

Lüks əşyalara pul xərcləməsi ilə dünya gündəmindən düşməyən rusiyalı iş adamı Roman Abramoviçin xəyanətə uğradığı ortaya çıxıb. Paprassilər Abramoviçin sevgilisi Darya Jukovanı məşhur aktyor Leonardo Di Kaprio ilə yaxalayıblar.

Paparassilər Leonardonun Nyu-Yorkda bir qadınla qol-boyun fotolarını çəkmiş, ancaq üzünü görə bilmədikləri üçün həmin xanımın kim olduğunu anlaya bilməmişdilər. Ancaq rus jurnalistlər həmin fotoşəkilləri görən kimi onun məşhur milyonçunun sevgilisi olduğunu anlayıblar.

Beləliklə, Abromoviçin uğruna bir çox fədakarlıqlar etdiyi deyilən Daryanın ona xəyanət etdiyi təsdiqlənib.

Xatırladaq ki, Abromoviçlə Darya 8 ildir ki, birlikdədirlər. Onların əlaqəsi milyonçu iş adamı hələ evliykən başlamışdı. 3 övladının anası, 16 illik həyat yoldaşı İrinadan Darya üçün ayrılan Abromoviç 300 milyon dollar təzminat ödəyərək rekord qırmışdı.

Rusiyalı iş adamı bu yaxınlarda 75 milyon dollar ödəyərək Jukovaya Nyu-Yorkun ən bahalı mənzilini alıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm