Bu içki qaraciyəri qoruyur
Bizi izləyin

Tabloid.az

Bu içki qaraciyəri qoruyur

Bu içki qaraciyəri qoruyur

Amerikalı alimlərin araşdırması nəticəsində məlum olub ki, qəhvə istehlakı anormal qaraciyər fermentlərinin səviyyəsini aşağı sala bilir. Alimlər kofeinsiz qəhvənin tərkibindəki kimyəvi komponentlərin qaraciyəri qoruya biləcəyini vurğulayıb.

20 yaşdan yuxarı 27 min 793 nəfərin iştirak etdiyi tədqiqatda könüllülərin gün ərzində nə qədər qəhvə içdikləri və qaraciyər fermentləri araşdırılıb. Gündə 3 və ya daha çox fincan qəhvə içənlərin qaraciyərinin heç qəhvə içməyənlərinkindən daha yaxşı vəziyyətdə olduğu müəyyən olunub. Bundan əlavə, sadəcə, kofeinsiz qəhvə istehlak edənlərin qaraciyər fermentlərinin daha aşağı olduğu da müəyyənləşdirilib.

Araşdırmanın nəticələri "Hepatology" jurnalında dərc olunub. Daha əvvəlki araşdırmalarda qəhvənin ürək və damarlara, diabetə və qaraciyərin sirrozuna yaxşı təsir göstərdiyi təsdiq olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm