İnqrid Azərbaycan dilində mahnı oxudu – Video - Fotolar
Bizi izləyin

Tabloid.az

İnqrid Azərbaycan dilində mahnı oxudu – Video - Fotolar

Avropanın ən məşhur müğənnilərindən olan İnqrid azərbaycanlı müğənni, Ukraynada yayımlanan “Qolos Ukraini” müsabiqəsinin iştirakçısı Vaqif Nağıyev ilə duet ifa edib.

Avropanın məşhur italyan müğənni İnqrid Alberini azərbaycanlı həmkarı, Ukraynada yayımlanan “Qolos Ukraini” müsabiqəsinin iştirakçısı Vaqif Nağıyevlə duet oxuyub.

Tabloid.az xəbər verir ki, onların birgə ifa etdiyi mahnı “Ümid yağışı” adlanır. Aylardır üzərində işlənilən mahnı bir neçə gün öncə Bakıda “Buta Palace”da təqdim olunub.

Qeyd edək ki, İnqrid Alberini bu ilin sentyabrında Bakıda keçirilən polo üzrə II Dünya kuboku çərçivəsində konsert vermişdi. O, səhnəyə “Ukraynanın səsi” müsabiqəsinin iştirakçısı, 19 yaşlı Vaqif Nağıyevlə birgə çıxmışdı.

Məhz həmin səfəri zamanı İnqrid Vaqifin “Ümid yağışı” mahnısını bəyəndiyini bildirmişdi. O, söyləmişdi ki, bu mahnını birgə ifa edəcəklər. Görünən odur ki, İnqrid vədinə xilaf çıxmayıb.

Mahnının sözləri Alxanlıya, musiqisi bəstəkar Gövhər Həsənzadəyə, aranjemanını isə Yaşar Baxışa aiddir.

Dünya şöhrətli ifaçı Azərbaycan dilində oxuduğu “Ümid yağışı”nı oxuculara təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm