Xatirə ərsiz aparıcıya əri ilə acıq verdi
Bizi izləyin

Tabloid.az

Xatirə ərsiz aparıcıya əri ilə acıq verdi

Müğənni Xatirə İslam və “Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimovanın birinci haqda fikirlərindən sonra ifaçı yenidən cavab verib.

Müğənni Xatirə İslam və “Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimovanın birinci haqda fikirlərindən sonra ifaçı yenidən cavab verib. O, sosial şəbəkədə özünü müdafiə etməyə başlayaraq nümunəvi ailəsinin olduğunu bildirib.

“Əziz dostlar, mənim haqqımda hər yazılanlara fikir verməyin. Mənim kiminləsə dalaşıb, onu reklam etmək fikrim yoxdur. Kim nə deyirsə, əcəb edir. Canı heç vaxt sağ olmasın. İnşallah, Allah cavabını verəcək. Qaldı ki, mənim həyat yoldaşıma, o, 5 dil bilir. Sinxron tərcüməçidir. Rütbəsi mayordur və 10 min işçiyə rəhbərlik edir və ailəsini çox sevir. Mən də çalışıram ki, onun adına, vəzifəsinə layiq aparım özümü. Ona görə şərait yaratmıram kimsə məni mənasız mövzularla verilişində istifadə etsin. Mən də, ailəm də göz qabağındadır. Çox xoşbəxtəm ki, sevdiyim kişi öz ərimdir. Qaldı aparıcıya, onda günah yoxdur. Onu da istifadə edirlər...”

Qeyd edək ki, Xatirə İslamın növbəti dəfə cavab verməsinə səbəb aparıcının onun haqqında tabloid.az-a verdiyi açıqlama olub.

Aparıcı Vüsalə Kərimovanın tabloid.az-a eksklüziv müsahibəsini oxumaq üçün linkə keçə bilərsiniz.http://tabloid.az/news/13945

Oxumağa davam et
Reklam
Reklam

Gündəm